Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:07

Çarxı sakinləri: 'Qaz xətti var, nə olsun, qaz ki yoxdur...'


Qaz xətti
Qaz xətti

“Çəkib gətirirlər, xətləri birləşdirirlər, təntənəylə təqdim edib gedirlər. Bilən yoxdu, bu qədər vəsait töküb qaz xətlərini kəndə niyə çəkiblər. Onsuz da heç nəyə yaramır”.

Göyçayın Çarxı kəndində qaz yoxdur. Kənd sakinləri AzadlıqRadiosu-na yazırlar ki, ötən ilin may ayında kəndə qaz xətti çəkilsə də, bu xətlər heç bir işə yaramır:

Ötən ilin mayında...

“...Ötən ilin may ayında qaz borularını gətirib kəndin mərkəzinə yığanda sevindik. Düşündük ki, kəndimiz tezliklə mavi yanacaqla təmin olunacaq və uzun illərin əziyyəti geridə qalacaq. 2-3 aya, demək olar, qaz xəttinin çəkilişi yekunlaşdı. Hətta xətlər evlərin qapısınacan çəkildi. İnanın ki kənddə bayram idi. Hamı bir-birini təbrik edirdi”.

Buna da bax:​ 'Qaz yoxdur, odun yoxdur, çilə də yoxdur. Vəziyyət pisdir'

İndi bu qaz xətləri kəndlilərin göz dağına çevrilib. Yazırlar ki, bu qədər vəsait xərcləyib xətt çəkdikləri kənddə, soyuqlar düşər-düşməz, hamı odun tədarükünə başlayıb. Odun da od qiymətinə...

“Bu qışı da odunun ümidinə qaldıq. Demişdilər, sentyabrda qaz veriləcək. Hələ də xəbər-ətər yoxdur. Bu vəziyyət tək bizdə deyil, qaz xətləri çəkilən başqa kəndlərdə də qaz yoxdur. Elə bil rayon rəhbərləri plan doldururlar. Eləcə görüntü üçün qaz xətləri çəkib, əllərində məşəllə gəlib guya “qazı yandırıb” gedirlər. Bu saxtakarlıqlardan cana doymuşuq”.

Buna da bax:​ Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

“Kənddə qaz problemi olmayacaq”

Göyçay Qaz İstismar İdarəsindən “Qaynar xətt”ə bildirilib ki, rayonun bir çox yaşayış məntəqəsində qaz xətləri yenilənib və hazırda həmin kəndlərdə odundan yox, elə mavi yanacaqdan istifadə olunur: “Bu il 10 kəndə müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz borularının çəkilişi həyata keçirilib, sayğaclar quraşdırılıb. Altı kəndin qazlaşdırılması başa çatıb. Bunlardan biri də Çaxırlı kəndidir. Bu kənddə 713 abonentin qazla təminatı nəzərdə tutulub. Yaxın vaxtlarda kənddə qaz problemi olmayacaq”.

Gözləyirlər...

Çaxırlıların istədikləri də elə budur. Onlar qiyməti od tutub yanan odun asılılığından qurtulacaqları günü səbirsizliklə gözləyirlər.

XS
SM
MD
LG