Gürcüstanda 2000-ci ildən bəri keçirilən Tbilisi beynəlxalq film festivalı bu il noyabrın 28-i və dekabrın 4-ü arası baş tutacaq. Bu ilki festivalın əvvəlki illərdəkindən fərqi ondadır ki, bu il festivalın “Bios Politikos” bölməsi təsis olunub və bu bölmədə müxtəlif ölkələrdən olan ən maraqlı və aktual siyasi hadisələrə həsr olunmuş 10 kino əsəri təqdim olunacaq.
Festival alman rejissoru Margarethe von Trotta-nın “Rosa Luxemburg” filminin göstərilməsi ilə açılacaq. Film məşhur qadın haqqları fəalı Rosa Luxemburg-un həyatından bəhs edir.
Buna da bax: Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın
Tbilisi Beynəlxlaq Film Festivalında Gürcüstan, Azərbaydan, Fransa, Rumınya, İsrail, Türkiyə, Bolqarıstan, Xorvatiya, Danimarka, Polşa, Serbiya, Bosniya və Hersoqovinya və Almaniyadan filmlər yarışacaq. Sonra ən yaxşı rejissor işinə görə isə “Gümüş Promotey” mükafatı veriləcək.
Festivalın “Gürcüstan panoraması” bölməsində 2016-cı il ərzində Gürcüstanda ən çox səs-küy yaratmış 20 uzun və qısa metrajlı gürcü filmi qonaqlara təqdim ediləcək. Bundan başqa festivalda master-klasslar, müzakirələr, həmçinin İran tanınmış rejissoru Abbas Kiarostaminin xatirəsinə həsr olunmuş film göstəriləcək.
Xatıraladaq ki, bu festivala Azərbaycandan “Qatil” adlı film də dəvət alıb. Film festivalın “Avropa film forumu” bölümünə dəvət alıb. Filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Buna da bax: Dünyadan yazarlar Tbilisiyə toplaşırlar
Tibilisi Beynəlxalq Film Festivalı bu il 17-ci dəfədir keçirilir və festivalın keçirilməsinə Gürcüstanın Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi, Milli Kinomatoqrafiya Mərkəzi və Tibilisi meriyası dəstək verir.