Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:04

Beynəlxalq Bankın büdcəyə xeyri dəyməyəcək


ABB
ABB

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərdən ümumilikdə daxilolmaların 2016-ci illə müqayisədə 2017-ci ildə artacağı gözlənilir.

«Aqrarkredit» QSC Bank olmayan Kredit Təşkilatı üzrə daxilolmalar 10 min manat (7.1 faiz) , «Azər-Türk Bank» ASC üzrə isə 828 min manat (25.2 faiz) çox proqnozlaşdırılıb.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi rəyində bildirilir.

«AZƏRLOTEREYA»NIN ÖDƏDİYİ...

Rəydə qeyd edilir ki, «Azərlotereya» ASC üzrə isə nəzərdə tutulan dividentlərin məbləği (1 milyon 682 min manat) 2016-cı ilin eyni göstəricisindən (1 milyon 860 min manat) 178 min manat və ya 9.6 faiz az nəzərdə tutulub. Göründüyü kimi, bu mənbə üzrə 2017-ci ildə nəzərdə tutulmuş daxilolmaların artımı, əsasən, «Azər-Türk Bank»ın dövlət büdcəsinə ödəniləcək divident məbləğinin proqnozlaşdırılan artımı ilə bağlıdır.

Səhmlərində dövlətin payı 54.96 faiz olan «Azərbaycan Beynəlxalq Bankı» ASC üzrə 2017-ci ilin dövlət büdcəsinin layihəsində divident ödənişləri nəzərdə tutulmayıb. 2016-cı ilin II rübün sonuna «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin geri alınmış səhmləri hesabına «Aqrarkredit»in bu bankda 27.26 faiz səhmləri formalaşıb.

PALATANIN NARAHATLIĞI

Palata rəyində artım dinamikasını müsbət qarşılasa da, iradları da var: «Dövlət büdcəsi qarşısında öhdəliklərin vaxtında və tam həcmdə icra edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi vacibləşib».

XS
SM
MD
LG