Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

'Turan' agentliyi 'Azərsu'nun cərimələnməsini istəyir


“Azərsu” ASC
“Azərsu” ASC

Noyabrın 28-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Şərafət Məmmədovanın sədrliyi ilə “Turan” Agentliyinin “Azərsu” ASC-yə iddiası üzrə məhkəmə iclası keçirilib.

İddia “Azərsu” ASC-nin agentliyin informasiya sorğusuna cavab verməməsi ilə bağlıdır.

“Turan” Agentliyi 3 ay əvvəl “Azərsu” ASC-dən ölkə başçısının “Əhalinin su sayğacları ilə təmin edilməsi haqqında” sərəncamının icrası ilə bağlı bilgilər istəyib. Ancaq sorğuya cavab verilməyib.

Buna da bax:​ 'Azərsu': 'Kanalizasiya xətləri robotlarla təmizlənir...'

“Azərsu” ASC-nin nümayəndəsi məhkəmədə deyib ki, iddia ərizəsini yenicə alıb və onunla tanış deyil. O, “Turan” Agentliyinin sorğusunu öyrənmək məqsədi ilə vaxt istəyib.

Agentliyin rəhbəri Mehman Əliyev isə bildirib ki, cavaba iddia veriləndən əvvəl və sonra yetərincə vaxt olub.

M.Əliyev hakimə informasiya verilməməsi faktına hüquqi qiymət verməyə, İnzibati Xətalar Məcəlləsinin 374, 382 maddələrini tətbiq etməklə “Azərsu” ASC-ni 1500 manat cərimələməyi təklif edib.

Buna da bax:​ Bakıda yağış suyunu dənizə axıtmağa kim cavabdehdir? [video]

“Bunun üçün hər cür əsas var. "KİV haqqında", "İnformasiya azadlığı haqqında", “Korrupsiya ilə mübarizə haqqında” qanunlar sorğuya cavab verməməklə kobud şəkildə pozulub”, deyə Əliyev bildirib.

Hakim qeyd edib ki, hələlik, cinayətin tərkibi müəyyən edilməyib və məhkəmə heç bir qərar verə bilmir. O, “Azərsu” ASC-nin nümayəndəsinə informasiya sorğusunda qoyulan suallara cavab təqdim etməyə dekabrın 9-na, yəni növbəti məhkəmə iclasına qədər vaxt verib.

Buna da bax: «Azərsu» dövlət pullarını kimə və necə xərcləyir? [Video]

2006-cı ildə prezident İlham Əliyevin tapşırığı ilə “Azərsu” ASC 2008-ci ilin sonuna qədər su sayğaclarının quraşdırılması üzrə dövlət proqramı elan edib.

10 il sonra proqram tam yerinə yetirilməyib.

Prezidentin bu il martın 29-da verdiyi sərəncamı ilə sayğacların əldə edilməsi və quraşdırılmasından ötrü “Azərsu” ASC-yə 12 milyon manat ayrılıb.

Buna da bax:

Bakı yenə su altında qaldı
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

XS
SM
MD
LG