Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:45

Bəs SOCAR-ın pul problemi yox idi?!


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

Təbii qazın qiymətinin artırılmasını Tarif (qiymət) Şurasından istəyən Dövlət Neft Şirkətidir (SOCAR). SOCAR hesab edir ki, son illərdə şirkət paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunmasına böyük həcmdə investisiya qoyub və xidmətin keyfiyyətini artırıb.

Müraciətdə vurğulanır ki, ölkədə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkəiçi tənzimlənən qiymətlərindən yüksəkliyi zərərlə sonuclanır.

Şirkət «istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təminatı» məqsədilə Şuradan qiymətlərin artırılmasını istəyib.

Çox yox, 2 ay öncə SOCAR prezidenti Rövnəq Abdullayev istiqrazların təqdimatında deyirdi ki, şirkətin bütün layihələrinin maliyyəlləşdirilməsi davam etdirilir. Şirkət rəhbəri hətta minnətlə bildirirdi ki, SOCAR xaricdən illik 2.5%-lə vəsait cəlb edə bilərdi, amma Azərbaycan vətəndaşlarının mənafeyi naminə bu addım atılıb: «Əhalinin banklardan başqa pul yatıracaq aləti yoxdur, biz əhaliyə pul qazanmağa ikinci alət veririk».

R.Abdullayev söyləyirdi ki, cəmi 100 milyon ABŞ dolları dəyərində SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək şirkətə hansısa maliyyə çətinliyi yarada bilməz. Yanvarda həmin istiqrazların ilk faizlərinin ödənmə vaxtıdır. Hələ xarici borclar bir yana dursun, deməli, Şuraya müraciətində qeyd etdiyi kimi, qurumun maliyyə çatışmazlığı yaranıb.

XS
SM
MD
LG