Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:19

Azərbaycanın xarici borcu artıq 10 milyardı keçdi... [video]


Azərbaycan 7,6 milyard dollar xarici borcu nəyə xərcləyib?
Gözlə

No media source currently available

0:00 0:16:36 0:00

Azərbaycan 7,6 milyard dollar xarici borcu nəyə xərcləyib? [video]

Azərbaycanın xarici borcu sürətlə artır. Müstəqil ekspertlər düşünürlər ki, gəlirlərin azaldığı, manatın dollar qarşısında ucuzlaşdığı bir dönəmdə Azərbaycanın daha çox borclanması ciddi problemlər yarada bilər.

Təkcə 2016-cı ildə Asiya İnkişaf Bankı Azərbaycanla 3 milyard dollarlıq kredit sazişi imzalayıb. Bank Trans Anadolu Qaz Kəməri layihəsində Azərbaycanın öhdəliklərinin icrasına 1 milyard dollar, islahatların aparılmasına, dövlət büdcəsində kəsirlərin qapadılmasına 500 milyon dollar ayırmağı planlaşdırır. Asiya İnkişaf Bankı Azərbaycanla həm də “Azərişıq” və “Azərenerji”yə 1 milyard dollarlıq kredit ayrılması ilə bağlı müqavilə imzalayıb. Bu vəsaitin 750 milyon dollarını Asiya İnkişaf Bankı, qalan hissəsini isə Azərbaycan hökuməti verəcək.

Buna da bax:​ Azərbaycan sürətlə borclanır

Bu qədər borca girməyə dəyərmi?

İqtisadçı ekspert Qubad İbadoğlu düşünür ki, indiki durumda bu qədər borca girmək iqtisadiyyatda ciddi problemlər yarada bilər:

"Bu yaxınlarda Asiya İnkişaf Bankından cəlb ediləcək kredit 3 milyard dollardan çox olacaq. Bu da bizi ən çox narahat edən məqamlardan biridir. Çünki Asiya İnkişaf Bankı Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutları ilə müqayisədə daha yüksək faizlə kredit ayırır. Bundan başqa onlar kredit ayırarkən şərt, qeyd və texniki dəstəkləri olmur. Əsas narahatlıqlarımız birincisi borcların artması, ikincisi borca görə xərclərin çoxalması, yəni faizi yüksək, şərti yumşaq olan maliyyə qurumları ilə əməkdaşlıq, üçüncüsü isə dövlətin təminatı ilə götürülən kreditlərin bir qayda olaraq dövlət büdcəsindən ödənməsi ilə bağlıdır".

Milli Məclisdə dövlət büdcəsinin müzakirəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov büdcədəki kəsiri həm də xarici borc öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqələndirmişdi.

Buna da bax: 'Fitch'in Azərbaycanın bank sektoru ilə bağlı proqnozu

Amma Elman Rüstəmov bildirib ki, borc götürülən pullar önəmli sahələrə xərclənir və ölkənin inkişafı üçün olduqca önəmlidir. Buna misal kimi o, Trans Adriatik və Trans Anadolu Qaz Kəmərləri layihələrini göstərir.

Adambaşına 782 dollar borc

Azərbaycanda adambaşına 782 dollar dövlət borcu düşür. Maliyyə Nazirliyinin oktyabrın 1-nə olan məlumatına görə, imzalanmış kredit sazişləri üzrə borc 10,6 milyard təşkil edir.

Bəs, Azərbaycan hökuməti gəlirlərinin azaldığı, dolların məzənnəsinin qalxma ehtimalı olduğu bir dönəmdə bu qədər borcu geri qaytara biləcəkmi? Kreditlər öz səmərəsini verəcəkmi?

Buna da bax:​ Adambaşına xarici borc - 782 dollar

Azərbaycanın xarici borcu sürətlə artır. Azərbaycan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə institutları ilə danışıqlar aparır.

Buna da bax:

Azərbaycanda adambaşına düşən xarici borc 782 dollara çatıb
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

İqtisadçı Qubad İbadoğlu deyir ki, 2017-ci ildə dövlət borcuna xidmət xərclərinin 96 faizi xarici borcların ödənməsinə gedəcək:

"Bu o deməkdir ki, gələn il təkcə dövlət büdcəsindən 1 milyard dollar xarici borcların qaytarılmasına pul xərclənəcək. Bu həm büdcənin yükünü artırır, həm axı nəyə görə səmərəsiz istifadə olunan kreditlər dövlət büdcəsi hesabına ödənilməlidir? Biz vergi ödəyiciləri büdcəyə ona görə vergi ödəmirik ki, aparıb hansısa səmərəsiz istifadə olunmuş kreditə görə vəsaiti qaytarsın. Bu məntiqsizdir, sosial baxımdan ədalətsizdir. Vətəndaş ona görə vergi ödəyir ki, bu vəsait ölkənin hansısa sahəsində inkişafa sərf olunsun. Amma korrupsiya, israfçılıq olan layihələrin öhdəliklərini qarşılamaq üçün yox".

Buna da bax:​ Dünya Bankından 400 milyon borc istənilir

Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycanın xaricdən aldığı krediti adambaşına böləndə 782 dollar və ya 1500 manat edir. Sizcə bu borclar səmərəli xərclənirmi? Cavabları özlərindən eşidək.

Sizcə, Azərbaycan 7,6 milyard dollar xarici borcu nəyə xərcləyib?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Azərbaycanın xarici dövlət borcuna görə Ümumdaxili Məhsulda payı 20 faizi ötüb. İqtisadçı Qubad İbadoğlu deyir ki, ilin sonunda bu 25 faiz, 2017-ci ildə isə 40 faizə çata bilər. Bu da ödəməkdir ki, kritik və böhranlı hal başlayır. Çünki iqtisadi təhlükəsizlik parametrlərə görə, ölkənin borc öhdəliyi ümumdaxili məhsulun 40 faizini keçibsə, deməli həmin ölkə böhranlı həddə çatıb.

XS
SM
MD
LG