Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:51

Bloklanan sayta girmək olarmı?


arxiv
arxiv

Azadliq Radiosunun, Amerikanın Səsinin, Meydan TV-nin, Azadlıq qəzetinin saytlarına giriş çətinləşib, hətta blok olunur. Bu, Azərbaycan ərazisində belədir, xaricdə isə saytlara girişdə problem yoxdur.

Saytları necə bloklayırlar? Saytlar bununla necə mübarizə apara bilər? Dünya təcrübəsi nə deyir bu barədə?

Bloklanan sayta girməyin bir yolu anonimayzer və proksi-serverlərdir. Ancaq saytı bloklayan bunu da nəzərə alır. Yeri gəlmişkən, bu mövzuda son xəbər Rusiyadan gəlib. Rusiyada Roskomnadzor bloklanan saytlara girməyə imkan verən anonimayzerləriı və proksi-serverləri kütləvi şəkildə bağlayır.

Saytı bloklanan nə etməlidir? Bloklanan sayta girmək olarmı?

Veb mütəxəssis Vahid Qasımov deyir ki, provayderlərin İP-ləri bloklamaq imkanı var. Onun sözlərinə görə belə hallarda bloklanan saytlar alternativ yollara üz tuturlar. Alternativ yolları mütəxəssis belə izah edir.

Vahid Qasımov: "alternativ yollar..."
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyir ki, bloklanan saytlara dolayı yollarla giriş imkanları mövcuddur. Ekspertin sözlərinə görə, digər brauzerlərdən istifadə etməklə Çində, İranda olduğu kimi saytlara giriş imkanı yaratmaq olar.

Media eksperti bildirir ki, provayderlər qanunsuz olaraq bunu tətbiq etdiyi üçün bloklanan saytlar faktları aktlaşdırıb məhkəməyə müraciət edə bilərlər.

Hüquqşünas deyir ki, bu məsələ məhkəməyə daşınmasa bu davranışların sayı çoxalacaq. Ələsgər Məmmədli deyir ki, bu insanların informasiya əldə etmək hüququ olaraq Konstitusiyanın 47, 50 ci maddələrinin pozulmasıdır.

Ələsgər Məmmədli: "dolayı yollarla giriş imkanları mövcuddur"
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov deyir ki, internet Azərbaycanda monopoliyadadır. Onun sözlərinə görə məhz bu səbəblər internet istifadəşilərinin, istehlakçıların hüququnu pozur.

Eyyub Hüseynov deyir ki, istehlakçılar öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilərlər.

Eyyub Hüseynov: "Məhkəməyə müraciət etmək..."
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

XS
SM
MD
LG