Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:11

Azərbaycan ərzağa ən çox pul xərclənən ölkələr arasındadır


Bazar
Bazar

Dünyanın 9 ölkəsində ailə gəlirlərinin 40 faizindən çoxu ərzaq məhsullarına sərf edilir. Bu ölkələr arasında Azərbaycan və Qazaxıstan da var.

Dünya İqtisadi Forumunun yeni açıqlanmış hesabatında belə yazılır.

Dünyada yalnız 8 ölkədə ailə gəlirlərinin 10 faizindən az hissəsi ərzağa xərclənir. Bu ölkələrin dördü Avropadadır. Bunlar Böyük Britaniya (8.2%), İsveçrə (8.7%). İrlandiya (9.6%) və Avstriyadır (9.9%).

Amerika Birləşmiş Ştatlarında isə ailə gəlirlərinin cəmi 6.4 faizi ərzaq məhsullarına sərf edilir. Sinqapur (6.7%), Kanada (9.1%) və Avstraliya (9.9%) da bu 8 ölkənin arasındadır.

Dünya İqtisadi Forumunun xəritəsində göstərilir ki, ölkə nə qədər inkişaf etmiş olsa, ailə gəlirlərinin daha az hissəsi ərzağa xərclənir.

Nigeriya ailə gəlirlərinin 40 faizindən çox hissəsinin ərzaq məhsullarına xərcləndiyi dünya ölkələri arasında birinci yerdədir. Ölkə əhalisi gəlirlərinin yarıdan çoxunu- 56.4 faizini ərzağa sərf edir. Nigeriya ilə yanaşı, Afrikanın daha dörd ölkəsi - Keniya (46.7%), Kamerun (45.6%) və Əlcəzair (42.5%) bu kateqoriyada göstərilir.

Ərzaq məhsullarına ən çox vəsait xərclənən daha dörd ölkə isə Asiyadadır. Bunlar Qazaxıstan (43.0%), Filippin (41.9%), Pakistan (40.9%) və Azərbaycandır (40.1%).

Dünya İqtisadi Forumu bildirir ki, bu göstəricilər ərzağın Nigeriyada ABŞ-dan daha baha olması ilə izah edilmir. Amerikalı bir ildə orta hesabla ərzaq məhsullarına 2 min 392 dollar xərclədiyi halda, nigeriyalının sərf etdiyi vəsait bunun yarısını-1132 dollar təşkil edir. Keniya vətəndaşı ərzaq məhsullarına orta hesabla 543 dollar pul xərcləyir.

Dünya İqtisadi Forumu bunun əsas səbəbinin ölkə daxilində iqtisadi qeyri-bərabərliklə izah edir.

XS
SM
MD
LG