Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48

Urmiya gölü və Azərbaycan dili uğrunda mübarizə aparanlar [video]


Azərbaycanlı fəal 65 gün aclıq etdi, Azərbaycan hökuməti qarışmadı
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Azərbaycanlı fəal 65 gündü aclıq edir, Azərbaycan hökuməti qarışmır [video]

İranda həbsdə olan azərbaycanlı fəal Murtaza Muradpur 65-ci gün aclıq aksiyası keçirdi.

Ailə üzvləri, milli hərəkatdakı dostları onu aksiyanı dayandırmağa çağırandan sonra Muradpur nəhayət ki aclığı dayandırdı.

Murtaza Muradpur 2009-cu ildə hökumətin siyasəti nəticəsində Urmiya gölünün quruması, Azərbaycan dilində təhsilin olmamasına etiraz etdiyinə görə həbs olunub. 6 aydan sonra zamin müqabilində azadlığa çıxıb. cəzasının çəkilməmiş hissəsini çəkmək üçün yenidən 2015-ci ildə həbs olunub.

Buna da bax:​ Azərbaycanlı fəal komaya girərsə, özünə gəlməyə bilər

"MURADPUR İRANIN ÖZ QANUNLARIN ƏMƏL ETMƏMƏSİNƏ ETİRAZ EDİR"

ABŞ-da yaşayan əslən İrandan olan hüquq müdafiəçisi Ramin Cabbarlı deyir ki, İran qanunlarına görə bir şəxs 2 maddə üzrə həbs olunursa, həmin cəzalardan ağırını çəkəndən sonra azadlığa çıxa bilər. Muradpur 3 illik cəzanın 2 il 2 ayını çəkib.

"Murtaza Muradpurun etirazı İranın öz qanunlarına əməl etməməsinədir. 65-ci gündür aclıq aksiyasını davam etdirir. Durumu çox ağırdır. Cismi durumu yaxşı deyil. Dünəndən ailəsi, digər milli fəallar da onun aclıq aksiyasını dayandırmasını istəyir. Məhkəmə də 134-cü maddəni tətbiq etməklə bağlı bir addım atmayıb".

Aclıq edən Murtaza Muradpur. dek.2016
Aclıq edən Murtaza Muradpur. dek.2016

Ramin Cabbarlı deyir ki, İrandakı yazıçılar, milli fəallar və digər şəxslər də Muradpurun azadlığa buraxılması üçün məhkəməyə müraciətlər ediblər.

İRAN VƏ AZƏRBAYCANIN SİYASƏTİ: BİR-BİRLƏRİNİN İŞİNƏ QARIŞMAMAQ

Buna da bax:​ O taylı yazıç dünya P.E.N təşkilatına yazır: 'İranda 30 milyondan çox türkün bircə qəzeti yoxdur'

Bəs, Azərbaycan hökuməti İrandakı azərbaycanlıların haqları məsələsinə qarışırmı? Millət vəkili Fazil Mustafa deyir ki, tək İrandakı yox, digər bütün ölkələrdəki azərbaycanlıların problemləri gündəmə gətirilir:

"Biz Milli Məclisdə İran rejiminin azsaylı xalqlara, etnik qruplara apardığı siyasəti daim diqqət mərkəzinə gətiririk. Parlamentin növbəti iclaslarında da imkan olarsa, bu haqda yenidən danışıb, məsələni gündəmə gətirəcəyik. İran rejimi belə siyasətlə öz ömrünü uzada bilməyəcək. Azərbaycan və İran hökuməti bir-birlərinin işlərinə qarışmamaq siyasəti aparır. Amma Azərbaycandakı ictimai və siyasi təşkilatlar bu məsələni gündəmdə saxlaya bilər. Bunun da bir nəticəsi olar yəqin ki".

Buna da bax:​ Abbas Lisani: «Həbsdən artıq nə olacaq ki?»

"AZI AZƏRBAYCAN DÖVLƏTİ BƏYANAT VERƏ BİLƏR"

Dünya Azərbaycanlıları Konqresində İran azərbaycanlılarını təmsil edən Babək Muğanlı isə düşünür ki, Azərbaycan hökuməti bununla bağlı addımlar ata bilər. Azı bəyanat verə bilər:

"Necə ki, İran hökuməti Bəhreyndə aclıq aksiyası keçirən şiələrlə bağlı bəyanat verir ki, aclıq aksiyası dayandırılmalıdır. Azərbaycan dövləti də bəyanat verməli idi. Bir dövlət kimi. Təkcə Azərbaycan dövləti yox, BMT və digər insan haqları təşkilatları da bəyanat verməlidilər. Çünki burada söhbət insan haqlarının pozulmasından gedir".

Buna da bax:​ Ettelaat gənc azərbaycanlı fəaldan niyə əl çəkmir?

Azərbaycanlılar daimi yaşadığı yerlərdən köçür

Son illər İranda yaşayan azərbaycanlılar, özəlliklə, Azərbaycan dilinin tədris olunmamasına, Urmiya gölünün qurudulmasına etiraz ediblər. Onların başqa bir etirazları isə iqtisadi ayrıseçkiliyədir. ABŞ-da yaşayan əslən İrandan olan hüquq müdafiəçisi Ramin Cabbarlı azərbaycanlıların yaşadığı Ərdəbilin Germi şəhərini nümunə göstərir. Deyir ki, son 10 ildə bu şəhərdə əhalinin sayı 30 faiz azalıb. Onlar iş dalınca Tehrana, Quma və digər şəhərlərə köç etməli olublar:

"Azərbaycan fəallarının etirazı bütün bu ayrıseçkiliklərədir. istər mədəni, istər iqtisadi, istər də siyasi ayrıseçkiliyə. Son zamanlar prezident Ruhaninin verdiyi vədlərə əməl olunmaması da etirazların bir səbəbidir. Ruhani Urmiya gölünün qurudulmasının qarşısını almağı, Azərbaycan dilinin tədrisini və Azərbaycan türkcəsinin dil qurumunun açılmasını vəd edib. Amma təəssüflər olsun ki, bu vədlərin heç biri gerçəkləşmədi. Sadəcə, seçki kampaniyasında istifadə edildi. Azərbaycanlılara bir sıra imtiyazlar veriləcəyini də vəd etdi. Amma bunlarla bağlı heç bir addım atılmadı".

Buna da bax:​ “Azərbaycanda iranofobiya yoxdur”

Bakı sakinlərindən də soruşmuşuq ki, sizcə, Azərbaycan hökuməti İran azərbaycanlılarının hüquqlarını necə qorusa yaxşıdır?

Sizcə, hökuməti İran azərbaycanlılarının hüquqlarını necə qorusa yaxşıdır?
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Urmiya gölünün qurudulmasına etiraz edən, Azərbaycan dilində təhsil istəyən Murtaza Muradpur-un 30 kiloqram çəki itirdiyi, qara ciyəri və öd kisəsində problemlər yarandığı deyilir.

XS
SM
MD
LG