Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Şamaxılı fermerləri 'gedin, sonra gələrsiniz' deyə yola salıblar


Fermerlər
Fermerlər

«Biz, bir qrup fermerin Bakıya gəlməsi üzləşdiyimiz haqsızlıqlarla bağlıdır».

Bunu AzadlıqRadiosuna dövlət qurumlarına şikayətə gələn Şamaxı fermerlərindən Zahir Məmmədov bildirib.

Z.Məmmədovun deməsinə görə, onların fermer təsərrüfatları Ağsu və Şamaxı rayonlarında 50 min hektara yaxın ərazidə fəaliyyət göstərir. 130-a yaxın fermer təsərrüfatıdır, hər təsərrüfatda da 4-5 ailə çalışır:

Buna da bax-'Xoşlarına gələni bir möhürlə xalqın əlindən alırlar'

«Problem də budur ki, indi bizləri bu çalışdığımız torpaqlardan uzaqlaşdırmaq istəyirlər. Biz XX əsrin 90-cı illərinin ortalarından sonra fiziki şəxslər olaraq, torpaq sahələrini icarəyə götürmüşük, icarə vaxtımız, hələ, bitməyib. Kimində 2 il, kimində də 5 il müddət qalır. Mənim şəxsən icarə müddətim 2028-ci ildə başa çatır. Amma keçən il noyabrın 29-da Şamaxı rayon İcra Hakimiyyəti başçısından bizə məktub gəlib ki, icarədarlıq birtərəfli qaydada dayandırılır. Yəni, bizimlə icarə pozulur. Biz bu barədə aidiyyəti qurumlara müraciətlər ünvanlamışıq, məktublar göndərmişik».

Təsərrüfat
Təsərrüfat

NAZİRLƏ FAYDASIZ GÖRÜŞ

Z.Məmmədov deyir ki, fermerlər təkcə müraciətlərlə kifayətlənməyiblər, kənd təsərrüfatı naziri ilə də görüşüblər: «Biz məsələni izah etdik, nazir də dedi ki, narahat olmayın «halallıq» olacaq. Yəni, bizi başa saldılar ki,torpaqlardan əlinizi çəkməlisiniz. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı ilə də görüşdük. Təqribən eyni cavab oradan da verilib».

Buna da bax-Şamaxılı sahibkar: Qışlaq və yaylaqlar zəbt olunub

Z.Məmmədov deyir ki, məsələ müsbət həllini tapmadığından, Prezident Administrasiyası və Milli Məclisə şikayətə gəliblər: «Biz o torpaqlarda neçə illərdir ki, çalışırıq. Mal-heyvan, qoyun-quzu, kənd təsərrüfatı məhsulları yetişdirmişik. Əgər bu torpaqların, dedikləri kimi, təyinatlarını dəyişdirsələr belə, ilkin olaraq o, icarədarlara təklif olunmalıdır. Amma bu olmur».

Adının çəkilməsini istəməyən bir başqa fermer isə deyib ki, bu məsələdə qeyri-rəsmi olaraq hakimiyyətin ən yüksək pilləsində təmsil olunan şəxslərə yaxınlığı ilə seçilən bir şirkətin adı hallanır. Ancaq onlar bunun nə qədər həqiqət olduğunu bilmirlər. Prezident Administrasiyası və Milli Məclisə şikayətə gəlməklə bu məsələni aydınlaşdırmaq istəyirlər.

Buna da bax:​ İstixanaların qazlaşmasına 30-40 min manat istəyirlər

* * *

Narazı fermerlərə “gedin, sonra gələrsiniz” deyiblər

Şamaxıdan Bakıya - Prezident Administrasiyasına və Milli Məclisə üz tutan yerli fermerlərin problemlərinə əncam çəkilməyib.

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbuluna düşmək istəyən fermerlər buna nail ola bilməyiblər.

Bu haqda narazı fermerlərdən Zahir Məmmədov bildirib.

Buna da bax: Azərbaycanda qoyun dərisi... 20 qəpiyədir

Fermerin deməsinə görə, onları regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin işçiləri dinləyiblər.

Ancaq üzləşdikləri problemlərlə bağlı konkret heç bir çözüm sözü verilməyib.

Fermerlərə deyiblər ki, “gedin, 10 gün ərzində gələrsiniz, Zeynal müəllimlə görüşəcəksiniz”.

Fermerlər gözləməkdən başqa çarələrinin olmadığını, Z. Nağdəliyevlə görüşüb, problemlərinin çözüləcəyinə ümid etdiklərini bildiriblər.

XS
SM
MD
LG