Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:21

Türkiyə Azərbaycanla ticarətdə necə birinci yerə çıxıb?


Azərbaycan-Gürcüstan sərhəddi.
Azərbaycan-Gürcüstan sərhəddi.

Dövlət Gömrük komitəsinin (DGK-nın) məlumatına görə, Türkiyə 2 milyard 314,4 milyon ABŞ dolları həcmində idxal-ixrac əməliyyatı sayəsində Azərbaycanın xarici ticarət dövriyyəsində 13 faizlik payla birinci yerə çıxıb.

Ötən il Türkiyədən Azərbaycana 1 milyard 181,5 milyon dollar dəyərində mal gətirilib. Azərbaycanın bu ölkəyə ixracatı isə bundan 48,7 milyon dollar az olub.

Buna da bax:​ Mal aparıb-gətirənlərin sayı 2 dəfə artıb

Rəqəmlər üst-üstə düşmür

İki ölkənin rəsmi gömrük statistikasında ticarət əlaqələrinin həcmindəki uyğunsuzluq diqqət çəkir.

DKG illik gömrük statistika hesabatında 2015-ci ildə Türkiyəyə ixracatla bağlı ötən il açıqladığı məlumata düzəliş edib. Ötənilki rəsmi hesabatda bu göstərici 304 milyon 298,4 min dollar idisə, düzəlişdən sonra bu rəqəm 1 milyard 477 milyon 256,7 min dollara yüksəlib.

Buna da bax: Gömrük Komitəsi: Rusiyalı sürücülər Astara gömrükçülərini hədələyiblər, sonra... - VIDEO

517 milyon dollar fərq olar?

Türkiyənin Azərbaycanla ticarət əlaqələrinə dair BMT-nin statistika bölümü olan «Comtrade» vasitəsilə açıqladığı məlumatlar da fərqlidir. Orada bildirilib ki, Türkiyə 2015-ci ildə Azərbaycana 1 milyard 898,7 milyon dollar dəyərində mal satıb, Azərbaycansa ona 232,3 milyon dollarlıq mal göndərib. Başqa sözlə, Türkiyə 2015-ci ildə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard 131 milyon dollar olduğunu bildirir. Azərbaycan həmin göstəricinin 517,5 milyon dollar daha çox olduğunu iddia edir.

DGK deyir ki, ekspertlər naşıdır

Ekspertlər ölkələrarası ticarətdə 15 faizədək kənarlaşmanı məqbul sayırlar. Yerli müstəqil ekspertlər xarici ticarətdə qeydə alınan kəskin fərqləri gömrükdəki korrupsiyaya bağlayırlar. DGK rəsmiləri bununla razılaşmır, ekspertləri naşılıqda suçlayırlar.

Buna da bax:​ Gömrük Komitəsi ötən ilkindən yarım milyard çox pul yığıb

Rusiya Azərbaycana daha çox mal satdığını bildirir

Azərbaycanla ticarətdə ikinci yeri Rusiya tutur. Bu ölkənin Azərbaycanla ötənilki ticarət əlaqələri həcminin 2 milyard 51 milyon dollar – 2015-ci ildəkindən 196 milyon dollar çox olduğu bildirilir (DGK).

Rusiya «Comtrade» vasitəsilə açıqlamasında 2015-ci ildə Azərbaycanla ticarətinin 2 milyard 117 milyon dollar olduğunu göstərib. Bunun 1 milyard 676 milyonu Azərbaycana göndərilən malların payına düşür. Azərbaycan gömrüyündə bu mallar 1 milyard 437,1 milyon dollara rəsmiləşdirilib.

Buna da bax: Manat və lirəylə hesablaşmaq nə qədər realdır?

Azərbaycan eyni mənbə vasitəsilə Rusiya ilə ticarətinin 2015-ci ildə 1 milyard 849,6 milyon dollar olduğunu açıqlayıb. İki ölkənin rəsmi qurumlarının hesabatlarındakı fərq 14,4 faizdir.

XS
SM
MD
LG