Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:17

Mehman Hüseynova 2 il həbs verilib- [video]


Mehman Hüseynov 2 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov 2 il həbs cəzası aldı

Mehman Hüseynov məhkəmənin qərarından sonra Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına aparılıb.

'Qərar qanunsuzdur' - vəkil

M.Hüseynovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, Mehman Hüseynovun 2 il həbs cəzası alması qərarından apellyasiya şikayəti veriləcək.

«Bu qərar qanunsuzdur, əsassızdır və bundan apellyasiya şikayəti verəcəyik», –deyə vəkil vurğulayıb.

+++

«Mehman Hüseynovun 2 il həbs alması siyasi iradəni göstərir. Mən düşünürəm ki, məhkəmə müstəqil qərar vermədi».

Bunu Mehman Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib.

Mehman Hüseynov 2 il müddətinə həbs edildi - Vəkil danışır
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

2 il verildi

Martın 3-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 2 il həbs verilib.

Bu haqda Suraxanı Rayon Məhkəməsi hökm çıxarıb.

Bir qədər öncə iddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyi ilə məhkəmə heyəti müşavirəyə getmişdi. Hakim yarım saatlıq müşavirədən qayıdaraq qərarı elan edib.

Mehman Hüseynovun CM-nin 147.2-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunması istənilirdi. Onun polisə böhtan atdığı iddia olunurdu. Mehman Hüseynov yanvarın 10-u açıqlamasında polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

3 il istənildi

Martın 3-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.

*Az sonra video Youtube kanalımızda olacaq - Kanala abunə olun, videonu izləyin

Mehman Hüseynov son sözündə deyib ki, bu, jurnalist fəaliyyətinə görə yuxarıdan gələn sifarişdir.

İddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti müşavirəyə gedib.

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Xatırlatma

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

XS
SM
MD
LG