Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:02

Heydərovlar ailəsinin yeni kənd təsərrüfatı şirkəti


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

«Gilan Holding»in pivotu – süni yağışı da var

«Gilan Holding» müasir suvarma sistemlərinin qurulması işini genişlətmək məqsədilə yeni şirkət qurub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus holdinqin regionlarda min hektarlarla əkin sahəsinin olduğu bildirilir.

Vergilər Nazirliyi martın 13-də «Gilan Pivot» MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətə Rəşid Əliyev direktor təyin edilib.

Buna da bax:​ «Gilan Holding»ə bağlı şirkətlər çoxalır?

«Gilan Holding» şirkətlər qrupuna kənd təsərrüfatı sektorunda çalışan 10-dan çox şirkət də daxildir. Bunların bir çoxunun yönəldilməsinə Avropa, Türkiyə və Rusiyadan menecerlər dəvət olunub.

Şoranlaşma təhlükəsi aradan qalxır?

Son illər Azərbaycanda pivot (süni yağış) suvarma sistemi daha böyük torpaq sahələrində tətbiq edilir. Şəmkirdə, Yalamada və başqa bölgələrdə yaradılan yeni aqroparklarda bu tip təsərrüfatdaxili suvarma texnologiyası qurulub. Bu texnologiyadan yararlanmaqla əkin sahəsinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür. Ən əsası, torpaqların şoranlaşma təhlükəsi aradan qalxır.

Buna da bax:​ 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

Sahibkarlığa Kömək Milli Fondunun hazırladığı nümunəvi investisiya layihəsinə görə, 500 hektar sahədə pivot suvarma şəbəkəsinin qurulması təxminən 1 milyon manata başa gəlir. Bir suvarma aqreqatı 50 min manatdan baha deyil.

Azərbaycanda, əsasən, ABŞ-ın «Valmont İrriqation İNC.» şirkətinin Valley pivot suvarma texnologiyası tətbiq olunur. Mövcud sahələrdə pambıq, taxıl, göy noxud, qarğıdalı və digər bitkilər yetişdirilir.

XS
SM
MD
LG