Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Ədaləti necə tapmalı? - Məhkəmə? Yuxarılara şikayət?


Bakı, Ali Məhkəmə
Bakı, Ali Məhkəmə

Haqqının pozulduğunu düşünən şəxs Azərbaycanda ədaləti hansı yolla əldə etsin? - Məhkəmə? Dövlət orqanlarına müraciət? Yuxarılara şikayət?

Demək olar ki, bütün yerli media " Femida.az-ın bir xəbərini yayıb ki, 7 il dalbadal test imtahanından keçid balını yığa bilməyən qız nəhayət, 8-ci il bu balı yığıb, bu dəfə isə qabiliyyət imtahanına buraxılmayıb. O da onu universitetə girməyə qoymayan Dövlət İmtahan Mərkəzini (keçmiş TQDK-nı) məhkəməyə verib. Ancaq məhkəməni uduzub.

Azərbaycanda presedent yarada biləcək bu qız öz iddiasında tamam haqsızdırmı? İkincisi, məhkəməyə müraciət edirlərsə, deməli, mübahisə var, mübahisələri həll etməkdə, yoluna qoymaqda Azərbaycan məhkəmələri niyə öz funksiyalarını yerinə yetirə bilmirlər? Belə hallarda vətəndaş neyləsin?

Hüquq müdafiəçisi Əsabəli Mustafayev bildirir ki, vətəndaş hüquqlarını qorumaq üçün ilk növbədə dövlət orqanına müraciət etməlidir. Onun sözlərinə görə əgər inzibatı orqana müraciət olmazsa, vətəndaş sonradan məhkəməyə üz tuta bilməz.

Hüquq müdafiəçisi qeyd edir ki, həmin müraciətləri araşdırmaq üçün mərkəzi inzibati orqanlarda apelyasiya şuraları yaradılsa da onların fəaliyyəti şəffaf deyil. Əsabəli Mustafayev onu da deyir ki, Azərbaycanda məhkəməyə müraciət etmək o demək deyil ki, həmin vətəndaşın qanuni mənafeləri və Konstitusiyada nəzərdə tutulan hüququ mütləq bərpa olunacaq.

Əsabəli Mustafayev: "ilk növbədə dövlət orqanına müraciət etməlidir"
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid

Vəkil Yalçın İmanov statistikanı əsas gətirərək bildirir ki, ildən-ilə məhkəmələrə müraciətlərin sayı çoxalır. Amma vəkil bildirir ki, həmin müraciətlərin effektiv olması şübhə yaradır. Onun sözlərinə görə bəzən öz mənafeyini və hüquqlarını qorumaq istəyən vətəndaş illərlə məhkəmə qapıları qarşısında gözləmək məcburiyyətində qalır.

Yalçın İmanovun fikrincə məhkəmələr müstəqil olmadığı üçün cinayət işlərində prokurorluğun əlavəsinə çevrilir, yalnız arxasında dövlət orqanı, məmur dayanmayan mülki işlər barəsində obyektiv qərar verə bilir. Vəkilin sözlərinə görə, məhkəmələr vətəndaşların səmərəli müdafiə vasitəsi deyil.

Yalçın İmanov: "məhkəmələr vətəndaşların səmərəli müdafiə vasitəsi deyil"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

Hüquqşünas Xalid Bağırov da deyir ki, Azərbaycanda vətəndaşın inzibati və məhkəmə qaydasında müdafiəsi effektivliyini saxlamayıb, tamamilə effektsiz bir vasitəyə çevrilib.

Onun sözlərinə görə haqqı pozulan vətəndaş Avropa məhkəməsinə və digər beynəlxalq instansiyalara müraciət edə bilər. Amma Xalid Bağırov deyir ki, Avropa məhkəməsi və beynəlxalq instansiyalar Azərbaycandakı insan haqqlarının vəziyyətini nizamlayacaq qurumlar deyil.

Onun sözlərinə görə insan haqqlarının qorunması üçün ilk növbədə ölkə daxilindəki institutlar normal fəaliyyət göstərməlidir. Vəkil deyir ki, hüquqlar Azərbaycanın daxilində müdafiə olunmalıdır. Xalid Bağırov Azərbaycanda ədalət mühakiməsinin ürəkaçan vəziyyətdə olmamasından təəssüfləndiyini deyir.

Xalid Bağırov: "insan haqqlarının qorunması üçün ilk növbədə ..."
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00
Direct-ə keçid

XS
SM
MD
LG