Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Mühacirlərə qanunsuz sənəd verənlər kimlərdir?


arxiv
arxiv

Mühacir biznesi.Mühacirlərə tələb olunan sənədləri onlara qanunsuz verənlər, bunu biznesə çevirənlərmi var?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyir ki, AXCP sədri Əli Kərimli partiya üzvü olmayan mühacirlərə saxta vəsiqələr paylayır. AXCP bu ittihamı “gülünc” adlandırır.

Son vaxtlar Siyavuş Novruzov tərəfindən mühacir biznesində adı hallandırılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, bu hakimiyyətin onların fəaliyyətinə yönəlik növbəti təhdididir. Onun sözlərinə görə AXCP susmadığına görə, tabu qoyulan mövzuları qaldırdığına görə, mitinqlər təşkil etdiyinə görə hakim partiya üzvləri onlara çirkab atır. Partiya sədri bildirir ki, tam məsuliyyəti ilə deyə bilər ki, partiya rəhbərliyi bu günə qədər partiya üzvü olmayan bir nəfərə belə heç zaman heç bir sənəd verməyib.

Əli Kərimli deyir ki, bu yaxınlarda Avropada yaşayan partiyanın gənc fəallarından olan Türkel Azərtürk AXCP adından verilmiş saxta sənədin fotosunu yayıb və onun kim tərəfindən verildiyini sosial şəbəkədə yazıb. Partiya sədri bildirir ki, bundan sonra kimsə bu məsələni araşdırmaq istəyirsə getsin araşdırsın.

Onun sözlərinə görə belə söhbətlərə son qoyulması üçün partiya rəhbərliyi saxta sənədlərin kim tərəfindən verilməsinin aydınlaşmasında maraqlıdır. Amma eyni zamanda Əli Kərimli qeyd edir ki, bu məsələni hökumətin obyektiv araşdıracağına inanmır. Onun sözlərinə görə hökumət heç vaxt saxtakarlığın üzərinə getməyib, hər zaman saxtakarı himayə etməklə öz rəqiblərinə qarşı çirkabdan istifadə edir.

Əli Kərimli: "partiya üzvü olmayana heç vaxt heç bir sənəd verilməyib"
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

AXCP-nin gənc fəallarından olan Türkel Azərtürkün sosial şəbəkədə saxta sənədlərlə bağlı adını hallandırdığı Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı isə bildirir ki, mühacir biznesi ilə məşğul olanlar möhür sahibləridirlər. Onun sözlərinə görə partiya rəhbərləri və təşkilatlar bu sənədi verə bilirlər. Ramin Hacılı deyir ki, bu günə qədər heç vaxt heç kimə belə bir sənəd verməyib. Onun fikrincə bu addımı atmamışdan öncə dövlət acısından məsələyə yanaşmaq lazımdır və öz möhüründən və nüfuzundan istifadə edərək alverə girişmək doğru addım deyil.

Ramin Hacılı deyir ki, mühacir biznesi ilə bağlı dövlər ölçü götürəndə həmin partiyalar əzilmiş obrazlarını daha da gücləndirəcəklər. Onun sözlərinə görə bu səbəbdən dövlət onlar barədə tədbir görmür. Ramin Hacılı bildirir ki, əgər mühacir biznesi ilə bağlı tədbir görülməyə başlasa həmin partiyanın rəhbərlikləri səviyyəsində həbslər ola bilər.

Ramin Hacılı: "mühacir biznesi ilə məşğul olanlar möhür sahibləridirlər"
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid

Avropada yaşayan Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev hakim Yeni Azərbaycan partiyasının funksioneri Siyavuş Novruzovun mühacir biznesi ilə bağlı müxalifət partiyalarını ittiham etməsi ilə razılaşmır. Onun sözlərinə görə müxalifət partiyalarının bu bizneslə məşğul olması mümkün deyil. Əlövsət Əliyev deyir ki, bütün siyasi təşkilatların borcu öz üzvlərinin hüquq və azadlıqlarını qorumaqdan ibarətdir. Onun fikrincə hansısa partiya öz üzvlərini dəstəkləmək və ya reallığı əks etdirən məktublar verirlərsə bu mühacir biznesi sayıla bilməz.

Əlövsət Əliyev onu da qeyd edir ki, əgər həmin partiyalar öz üzvü olmayan şəxslərə belə sənədlər verirlərsə bu qanunsuzdur və bu məsələlər ölkənin içində araşdırılmalıdır. Ekspert bildirir ki, viza almaq istəyənlərin böyük əksəriyyəti səfirliklərə saxta sənədlər təqdim edirlər ki, həmin saxta sənədləri bir çox hallarda arxasında böyük şəxslərin dayandığı turizm şirkətləri verirlər. Onun sözlərinə görə ilk növbədə hüquq mühafizə orqanları bu məsələni araşdırıb ortaya çıxarmalıdırlar.

Əlövsət Əliyev: "müxalifət partiyalarının bu bizneslə məşğul olması mümkün deyil"
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00
Direct-ə keçid

XS
SM
MD
LG