Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Patruşevin qəfil Bakı səfəri nə ilə bağlıdır? [video]


Hostel Azərbaycan mentalitetinə ziddir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Patruşevin qəfil Bakı səfəri... Azərbaycanda hostel biznesi və başqa mövzular... [A-Live]

Rusiya Təhlükəsizlik Şurası katibinin son Bakı səfərini şərh edən təhlilçilər iki əsas məqamın üzərində dayanırlar: Moskva Bakıdan terrorla mübarizədə və Suriya məsələsində dəstək istəyir.

Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev aprelin 10-da Bakıda prezident İlham Əliyevlə görüşüb.

"Azərtac" rəsmi informasiya agentliyinin görüş haqqında məlumatında deyilir ki: “Patruşev qeyd etdi ki, təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz.

Buna da bax:​ Rusiya BMT təhlükəsizlik şurasının Suriya ilə bağlı qətnamə layihəsini rədd edir

Nikolai Patrushev Heydər Əliyev mərkəzində.
Nikolai Patrushev Heydər Əliyev mərkəzində.

Bu gün beynəlxalq aləmdə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən qonaq səfəri zamanı Azərbaycan tərəfi ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğuladı”.

Rusiya Təhlükəsizlik Şurasının internet saytı xəbər verir ki, Patruşev həm də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyevlə də görüşüb.

Tərəflər Yaxın Şərqdə, xüsusilə də Suriyada yaranmış siyasi vəziyyətə diqqət ayırıblar.

Buna da bax: Suriyada mümkün qaz hücumunda 72 nəfər ölüb, Rusiya üsyançıları günahlandırır

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə deyir ki, indi Rusiyanın Suriyada ABŞ-la üz-üzə qalıb və ola bilsin ki, Rusiya regionda gərginliyin arta biləcəyini nəzərə alıb, Azərbaycandan dəstək istəyir. Bu dəstək, məlumat mübadiləsi, Azərbaycan üzərindən hərbi uçuşlar təşkil etmək, nəqliyyat infrastrukturundan yararlanmaq ola bilər:

Hikmət Hacızadə
Hikmət Hacızadə

“Belə şeyləri əvvəldən danışırlar ki, sonra asan olsun. Birdən nəsə fövqəladə hadisə olarsa, məsələ dərhal həll oluna bilsin. Hərbi infrastruktur, hərbi əməliyyatların təmin edilməsi məsələsidir. Əlbəttə ki, Azərbaycan harasa ordu göndərəsi deyil, amma bu qeyd etdiyim bu məsələlər danışıla bilər”.

Buna da bax:​ Rusiyanı Suriyadan ayırmağa çalışırlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyir ki, danışıqların detallarından xəbərdar olmasa da, ehtimal edir ki, Rusiya Azərbaycandan dəstək istəyir:

“Rusiya bu gün kifayət qədər izolyasiya olunub və təklənib. Onun ən azı siyasi dəstəyə ehtiyacı var. Onları dinləmək lazımdır, amma düşünürəm ki, reallıq da bundan ibarətdir ki, Türkiyə bizim müttəfiqdir”.

Türkiyə NATO üzvü kimi ABŞ-ın müttəfiqidir. ABŞ isə Rusiyanın himayə etdiyi Suriyaya ötən həftə raket zərbəsi endirib. Türkiyə bu hücumu dəstəkləyib.

Buna da bax:​ G7 nazirləri Suriya toplantısı keçirir

Hikmət Hacızadə deyir ki, Rusiyanın Azərbaycana təzyiq imkanları Qərbin və Türkiyənin təsirindən daha böyükdür:

“Qərb gərək vaxtında gələydi. Vaxtında istəyəydi. Amma Rusiya burdadır və Rusiya Qarabağ vasitəsilə, cürbəcür iqtisadi, hərbi vasitəsilə təzyiq göstərə bilər. Azərbaycan məcbur olacaq Rusiyanın dediyini etsin”.

Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü Aleksey Malaşenko deyir ki, hazırda Rusiya üçün Azərbaycanla bağlı gündəmdə olan əsas məsələ ekstremizmə qarşı birgə mübarizədir. Onun sözlərinə, Sankt-Peterburqdakı son terror hadisəsindən sonra Rusiya sərhəd ölkələri ilə bu sahədə əməkdaşlığa xüsusi fikir verməyə başlayıb.

Buna da bax:​ Rusiya-ABŞ gərginliyinin Azərbaycana təsirləri [video]

Rasim Musabəyov da deyir ki, terrorla mübarizədə əməkdaşlıq iki ölkənin gündəmində olan məsələdir.

Buna da bax:

Rusiya və Azərbaycanın yaxınlaşmasına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

XS
SM
MD
LG