Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:13

"Dini məhdudiyyət çox olanda radikallıq artır"


Arxiv
Arxiv

«Pew» Araşdırmalar Mərkəzinin hesabatına görə, Azəbaycan dini məhdudiyyətlərin ən yüksək olduğu ölkələr sırasındadır. Azərbaycan “Hökumətin Məhdudiyyətləri İndeksi”nə görə, «ən yüksək» kateqoriyaya, yəni qadağaların ən çox olduğu ölkələr sırasına yerləşdirilib. Burada İran, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan və Qazaxıstan yer alıb.

Azərbaycanda dini məhdudiyyətlər niyə belə yüksəkdir? Bu məhdudiyyət olmasa, doğrudanmı böyük təhlükələr yaranar?

Teoloq, tarixçi-alim Altay Göyüşov deyir ki, Azərbaycanda dini təhlükə mənbəyinə çevirən hazırki rejimdir. Onun sözlərinə görə Azərbaycanda sekulyar, dünyavi müxalifəti, vətəndaş cəmiyyətini, azad medianı sıradan çıxaranda dini radikalizm təhlükə mənbəyinə çevrilir. Altay Göyüşovun bildirdiyinə görə dünyəvi müxalifət və vətəndaş cəmiyyəti məhv edildikdə narazılığın ifadəçisi rolunda dini cərəyanlar meydana çıxır.

Ekspert deyir ki, bir ölkədə ekstremizm inkişaf edirsə onun səbəbi bilavasitə avtoritar rejimlərdir. Altay Göyüşov bildirir ki, tarix göstərib ki, narazılığın ifadəçisi kimi dini cərəyanlar ortaya çıxanda avtoritar rejimlər öz dağıdıcı maşınını dinə qarşı çevirir. Onun sözlərinə görə Azərbaycan son illər dini azadlığa qarşı ən sərt tədbirləri həyata keçirən ölkələrdəndir. Ekspert onu da bildirir ki, adətən bu cür repressiyalar effektsiz olur.

Altay Göyüşov: "dini təhlükə mənbəyinə çevirən hazırki rejimdir"
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00
Direct-ə keçid

“Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu məhdudiyyətlərlə dini radikalizmin qarşısını almağın mümkün olmadığını düşünür. Onun sözlərinə görə tarixi təcrübə onu sübut edir ki, qadağalar nə qədər çox olursa radikallıq bir o qədər çox artır. Ekspert deyir ki, bu baxımdan dini etiqad azadlığının məhdudlaşdırılmaqla bunu dini radikalizmə qarşı mübarizə kimi təqdim etmək yanlış addımdır.

Azər Rəşidoğlu bu sahədə maarifçiliyin artırılmasını təklif edir. Ekspert bildirir ki, dini radikalizmin qarşısını almaq üçün ölkədəki demokratik təsisatları inkişaf etdirmək, onların fəaliyyəti üçün normal şərait yaratmaq lazımdır.

Azər Rəşidoğlu: " demokratik təsisatları inkişaf etdirmək..."
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00
Direct-ə keçid

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa Azərbaycanı dini qadağalar ölkəsi kimi xarakterizə etməyin doğru olmadığını bildirir. Onun sözlərinə görə Azərbaycanda mövhumata qarşı qadağalar mövcuddur.

Deputat deyir ki, başyarmağa görə qadağa qoyulursa, bu dini qadağa sayılmır. Onun fikrincə dini qadağa odur ki, məscidlər bağlanar, insanlar məscidlərə buraxılmaz, hansısa maneələr qoyular. Fazil Mustafa deyir ki, kimsə radikal məqsədlər üçün dindən istifadə edirsə, buna qarşı dövlət hansısa tədbirlər görür. Deputat qeyd edir ki, normal dindarın ölkədə heç bir problemi yoxdur.

Fazil Mustafa: "kimsə radikal məqsədlər üçün dindən istifadə edirsə..."
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

XS
SM
MD
LG