Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 22:38

30 ilə şirkətləri robotlar idarə edə bilər


Yaxın gələcəkdə şirkətlərdə icraçı direktorlarını (CEO) da robotlar əvəz edə bilər.

Bu yanaşmayla Çində keçirilən startapçılar konfransında AliBaba elektron ticarət platformasının qurucusu Cek Ma (Jack Ma) çıxış edib.

“30 ilə Time dərgisinin üz qabığında ən yaxşı CEO kimi bir robot ola bilər. Növbəti üç dekada ərzində dünya xoşbəxtlikdən çox acı yaşaya bilər. Ona görə də, təhsil sistemləri şagirdləri daha yaradıcı, hər şeyə maraqlı yetişdirməlidir. Əks halda, onlar gələcəyə yaxşı hazır ola bilməzlər ”, Ma xəbərdarlıq edib.

Ancaq, şirkət qurucusu çıxışında optimizmi də əldən verməyib. Onun sözlərinə görə, süni intellekt texnologiyası sürətlə inkişaf etsə də, makinalar insanları tamamilə əvəz edə bilməyəcək. Robotlar insanlardan daha sürətli və rasionaldırlar. Lakin, onlar insanların düşməni yox, tərəfdaşı ola bilərlər.

Cek Manın yanaşması digər texnologiya liderlərindən Elon Muskun baxışlarından daha optimistdir. O, 2014-cü ildə çıxışında süni intellekti insan varlığına ən böyük təhdid hesab etmişdi. Tesla və Space X qurucusu indi texnologiyanı topluma faydalı şəkildə işlətməyə ümid edir.

Ma texnologiyanın ofis işçilərinə istər-istəməz problem yarada biləcəyini də istisna etmir. Onun sözlərinə görə, 10 və ya 20 ilə insanlar gündə 4 saat, həftədə üç gün çalışa bilərlər. Bu da onların gəlirlərini azaldacaq və həyatlarını necə qurmaq barədə düşündürəcək.

XS
SM
MD
LG