Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:32

Agramunt 'yoxa çıxıb'


Pedro Agramunt
Pedro Agramunt

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosu mütləq səs çoxluğu ilə bu qurumun prezidenti Pedro Agramunt-a etimadsızlığını bildirib.

Bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Aryev məlumat yayıb. Onun deməsinə görə, P.Agramunt-un yerini bilmirlər.

Agramunt istefa ərizəsi yazmayıb, Büroya gəlməyib və nəticə etibarilə, əvvəllər vəd etdiyi heç bir bəyanatı yerinə yetirməyib. Assambleya Bürosu mütləq səs çoxluğu ilə ona etimadsızlığını ifadə edib», - Aryev bildirib.

O vurğulayıb ki, AŞPA-da prezidentin vəzifədən geri çağırılması proseduru yoxdur. «İndi reqlament komitəsi bu proseduru işləyib hazırlamalıdır», - deyə o söyləyib.

P.Agramunt-la bağlı qalmaqal aprelin 24-də yaz sessiyasının açılışından dərhal sonra başlayıb.

Deputatlar ondan Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya getməsinin və Bashar al- Assad-la görüşünün səbəbləri barədə izahat tələb ediblər.

Bundan sonra AŞPA-da P.Agramunt-un istefasını tələb ediblər. İttihamlara dözməyən Agramunt üzr istəyib. Onun istefa verəcəyi gözlənirdi.

XS
SM
MD
LG