Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

'Məni pul yığmamaqda günahlandırırdılar, halbuki...' (Video)


'Məni pul yığmamaqda günahlandırırdılar, halbuki...'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

'Məni pul yığmamaqda günahlandırırdılar, halbuki...'

"Heç bir günahım olmadan məni işdən çıxardılar. Məndən artıq pul yığmaq tələb edirdilər".

Xudat şəhər sakini Nadir Xıdırov AzadlıqRadiosu-na belə deyir. Onun sözlərinə görə, uzun illər öncə işıq idarəsinə – “Barmek”ə işə düzəlib. Bu idarənin adı sonradan dəyişsə də, o, öz işində – nəzarətçi vəzifəsində qalıb.

Buna da bax:​ '90 manat çörək pulunu qaldırıb, 160 manat işıqpulu gətiriblər' [video]

“ƏRİZƏ YAZMAĞA MƏCBUR ETDİLƏR, YAZMADIM”

İş yerinin adı “Azərişıq” olduqdan sonra yeni təyin olunmuş müdir Seymur Hacıyev onu işdən çıxarıb:

“Məni pul yığmamaqda günahlandırır. Halbuki, mən pul yığmalı deyiləm. Payladığım bildirişlərin üstündə, ilk cümlədə yazılıb ki, ‘bildirişi təqdim edən nəzarətçiyə heç bir halda pul ödəməyin’. Məni işdən çıxarandan sonra təhkim olunduğum ərazidəki ‘qanun pozuntuları’yla bağlı akt tərtib ediblər. Halbuki, həmin yeddi nəfər abonent neçə vaxtdır ərizə ilə müraciət ediblər ki, sayğacımızı dəyişdirin. Bu da mənim səlahiyyətimdə olan iş deyil”.

Buna da bax:​ 21 ildir neft lampasının ümidinə qalan kənd

Nadir Xıdırovun sözlərinə görə, işlədiyi ərazidə vətəndaşların sayğaclarının alt qapaqlarının olmamasını, elektrik naqillərinin yer səthinə yaxın olmasını dəfələrlə müdiriyyətə bildirib və problemlərin aradan qaldırılmasına çalışıb. Bu da onu müdiriyyətin qəzəbinə tuş gətirib:

“Deyirdim, ‘küçədə bir az boyu olan uşaqların əli elektrik xətlərinə çatır’. Naqillər ağacların budaqlarına toxunur, deyirdilər, ‘sən öz işinlə məşğul ol. Bu məsələlərə qarışma’. Haqlı tələblərimə görə, müdirin məndən acığı gəlirdi. Sonda da iclasda qadınların yanında dediyi təhqiramiz məsələyə görə ona iradımı bildirəndə mənə dedi ki, ‘səni işdən çıxaracam’. İşdən çıxmaq ərizəsi yazmağa məcbur etsələr də, yazmadım. Bir müddət sonra özləri çıxartdılar”.

Buna da bax:​ Sahibkardan üçfazalı sayğaca görə 3 min istədilər

VƏSİQƏSİNİN VAXTI DEKABRDA BİTİR

Keçmiş nəzarətçinin sözlərinə görə, bir neçə ünvana şikayət məktubu yazandan sonra Xaçmaz Elektrik Satışı Şəbəkəsinin rəhbəri Seymur Hacıyev rəsmi məktub göndərərək ona işdən azad olunmasının səbəbi kimi əmək müqaviləsinin vaxtının bitdiyini bildirib:

“Mən ancaq “Barmek”ə işə girəndə əmək müqaviləsinə imza atmışdım. Ondan sonra idarəmizin adı neçə dəfə dəyişsə də, bizimlə əmək müqaviləsi bağlanmayıb. Bir də ki, əgər əmək müqaviləm vardısa, necə olur ki, əmək müqaviləsinin bitdiyi vaxtla xidməti vəsiqəmin bitəcəyi vaxt düz gəlmir. Xidməti vəsiqəmin müddəti 2017-ci ilin dekabrınadəkdir. Məni qeyri-qanuni işdən çıxarıblar. Hara müraciət etsəm də, xeyri yoxdur”.

Buna da bax:​ İşıq, qaz pulu maaşa uyğundurmu?

AzadlıqRadiosu "Azərişıq" ASC-nin mətbuat xidmətindən məsələyə münasibət öyrənməyə çalışıb. Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hələ ötən həftə - aprelin 28-də məsələni araşdırıb münasibət bildirəcəyini deyib. Radionun əməkdaşı ondan bu həftə yenidən həm telefonla, həm də sosial şəbəkələr vasitəsilə cavab almağa çalışsa da, qurum təmsilçisi, hələlik, məsələyə şərh verməyib.

"Enerji haqqını toplamadığı üçün işdən çıxarılıb"

Seymur Hacıyev AzadlıqRadiosu-na bildirib ki, nəzarətçi Nadir Xıdırov elektrik istifadəsinə görə borcu yaranan abonentlərdən işıqpulunu yığa bilmədiyi üçün işdən çıxarılıb. Söhbəti olduğu kimi təqdim edirik:

Buna da bax:​ Maaş kartının 'dava'sını çəkən usta işsiz qalıb

- Mən də olsam, siz də olsanız, əgər müqavilə bağlayıb işə girmisinizsə, enerjinin haqqını toplamalısınız. Enerji haqqını toplamadığı üçün işdən çıxarılıb.

- Yəni necə toplamalıydı, qapı-qapı düşərək?..

- Xeyr, bildirişi paylamalıydı, sonra da pulun toplanmasını təmin etməliydi.

- Nəzarətçi bunu necə təmin etməlidir?

- Elektrik enerjisindən istifadə qaydaları var. O qaydalara uyğun olaraq enerji verilişini dayandırmalıdır.

Buna da bax: İşdən çıxarılanlar danışır

- Deməsinə görə, onunla müqavilənin vaxtı bitdiyi üçün işdən çıxarmısız...

- Mən onunla müqavilə bağlamamışam. müqaviləni "Azərişıq" bağlayıb.

- Ancaq iş vəsiqəsi ona bu ilin sonunadək müddətə verilib...

- Nə olar ki, ilin sonunadək verilib, öhdəliklərini yerinə yetirə bilmədi, mənimlə bağlanmış müqaviləyə xitam verildi.

XS
SM
MD
LG