Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:32

Rusiyada Viber, WhatsApp və Telegram yasaqlana bilər


Populyar söhbət proqramları Viber, WhatsApp və Telegram Rusiyada əngəllənə bilər.

Bundan öncə o qədər də geniş yayılmayan Blackberry, Imo və Line kimi proqramlar istifadəçilərin şəxsi məlumatlarını, aktivlik informasiyalarını xüsusi xidmət orqanlarına ötürməkdən imtina etdiyinə görə yasaqlanmışdı. Linkedin sosial şəbəkəsi də Rusiyada bənzər səbəbdən əngəllənib.

Ekspertlər bildirirlər ki, Viber, WhatsApp və Telegram ölkədə təhdid altındadır. Texniki baxımdan bunu etmək o qədər də çətin deyil.

Bu proqramları Google Play Store-dan, App Store-dan Rusiya üçün çıxarmaqla, saytlarını, İP ünvanlarını əngəlləməklə qadağa həyata keçirilə bilər. Bu cür əngəlləmə bir çox istifadəçilər üçün yetərli olacaq. Onlar proqramları əngəllənməmiş versiyalarla yeniləyə bilməyəcəklər.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Federal Xidmətin baş nümayəndəsi (Roskomnadzor) bildirib ki, istənilən söhbət proqramının əngəllənməsi günü sabah reallaşdırıla bilər. Səlahiyyətli qurumların bu qərara gəlməsi kifayətdir.

XS
SM
MD
LG