Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:46

Smartfonla oynayan uşaqlar gec danışır


İki yaşına qədər uşaqların əllərində uzun müddət smartfon saxlaması onların nitqinin inkişafını əngəlləyir.

Amerika Pediatriya Akademiyasının araşdırmaçıları bunu təsdiqləyib.

Araşdırmaçılar Torontoda üç il müddətində 6 aylığından iki yaşına qədər uşaqları incələyiblər. 18 aylıq uşaqların aylıq müayinələri zamanı onların valideynlərinin 20 faizi bildirib ki, uşaqları hər gün təxminən 28 dəqiqə elektron portativ cihazlarla oynayır.

Tədqiqatçılar üzə çıxarıblar ki, uşaq nə qədər planşetlə, telefonla vaxt keçirirsə, bir o qədər nitqi inkişafda ləngiyir. Gündə 30 dəqiqə bu cihazlardan istifadə danışığn gecikməsini 50 faiz artırır.

Ekran qarşısında keçirilən zamanla sosial əlaqələr və bədən dilinin inkişafı arasında bir əlaqə isə tapılmayıb.

Araşdırma birbaşa səbəbləri və təsirləri sübut etmədiyindən mütəxəssislər mövzuyla bağlı daha artıq tədqiqata ehtiyac olduğunu bildirirlər.

XS
SM
MD
LG