Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:36

Ekspert: 'Pambıq siyasəti valyuta gəlirlərini yox, valyuta xərclərini artırıb'


Pensiya neçə günə çatır?- [Eksperiment]
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Pensiya neçə günə çatır?- [Eksperiment]

Azərbaycan-Rusiya münasibətləri, ölkədə pensiyaçılarının vəziyyəti və pambıqçılığın inkişafının heyvandarlığa mənfi təsirləri bu gün (25 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

PENSİYA YEMƏYƏ DƏ ÇATMAYANDA...

«Exo» qəzetində «Azərbaycanda pensiyaların 80 faizdən çoxu qidaya sərf edilir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Fransanın «Natixis» Maliyyə Korporasiyası illik qlobal pensiya indekslərini dərc edib. Amma Azərbaycanın adı tədqiq edilən ölkələr arasında yoxdur. Bu isə ölkənin pensiyaçılardan ötrü yaşamağa əlverişli olmaması ilə bağlıdır.

«Azərbaycanda 1.3 milyon nəfərdən bir az artıq pensiyaçı var. Onların bir hissəsi minimal pensiya alırlar. Bu da 150 manat deməkdir ki, 100 dollardan da azdır. Manatın devalvasiyasından sonra postsovet ölkələri arasında Azərbaycanda bu sahədə durum əhəmiyyətli dərəcədə pisləşdi»,- deyə ekspert Natiq Cəfərli qəzetə bildirib.

N.Cəfərli xatırladıb ki, «Əmək pensiyaları haqqında» Qanuna polis və hərbçilərdən başqa, bütün kateqoriyadan olan şəxslərin əmək stajlarının artırılması ilə bağlı dəyişiklik edilib. Üstəlik, pensiya yaşı da artırılıb:

«Belə dəyişikliklər istənilən halda pensiyaçıların həyatına mənfi təsir edir. Rəsmi məlumatlara görə, Azərbaycanda pensiyaçılar pensiyalarının 80 faizini qidaya sərf edirlər. Reallıqda isə belədir ki, bəzən pensiyalar heç qidaya da yetərli olmur. Halbuki, inkişaf etmiş ölkələrdə bu rəqəm 12 faizdən yuxarı deyil».

Ekspert deyib ki, artıq pensiyalarla kommunal xidmətlər və dava-dərman haqda danışmaq isə yersizdir.

N.Cəfərli vurğulayıb ki, devalvasiyadan sonra ərzaq, tibbi preparatlar, kommunal xidmətlər bahalaşıb. Ancaq pensiyaların artımı bu bahalaşma ilə ayaqlaşmır.

Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

PAMBIQÇILIĞIN HEYVANDARLIĞA ZİYANI

Azadliq.info saytında «Pambıq maldarlığı sıradan çıxarır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin fikirlərinə yer verilib.

Ekspert hesab edir ki, pambıqçılığın «inkişafı» valyuta gəlirlərini yox, xərclərini artırıb.

Yazının əvvəlində Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezidentin çıxışından belə bir sitat gətirilir:

«Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: pambıq 154 faiz, pambıq lifi ixracı 650 faiz artıb».

Ekspert isə sadalanan rəqəmlərlə öyünməyi lazım bilmir. O vurğulayır ki, son iki ildə heyvandarlıqla məşğul olan fermerlərin təbii biçənək, örüş, yonca sahələrini əllərindən alıb pambıq əkinindən ötrü bələdiyyələrə, yerli icra nümayəndələrinə veriblər. Nəticədə yem və ot qıtlığı ilə üzləşən təsərrüfat sahibləri məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verməli oldular.

Ekspertin bildirməsinə görə, bu müddət ərzində ölkədə ət, süd məhsulları istehsalı kəskin azaldığından həmin adda malların idxalı ciddi şəkildə artıb:

«Ölkə başçısının dilə gətirdiyi 154 və 650 faiz artım nəticəsində ölkəyə pambıq ixracından cəmi 32.4 milyon dollar valyuta gəlib. Ət və süd məhsulları idxalı üçün ölkədən 3 dəfə çox, yəni 107.3 milyon dollar valyuta çıxarılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə isə pambıq ixracından əldə olunan valyuta gəliri 19 milyon dollar artıb. Ət və süd məhsulları idxalında ölkədən çıxarılan valyutanın miqdarı isə 2 dəfə çox (38.8 milyon dollar) olub. Beləliklə, hökumətin apardığı «pambıq siyasəti» ölkənin valyuta gəlirlərini yox, valyuta xərclərini artırdı. Əgər ölkə başçısı dediyi kimi, işləri bu istiqamətdə davam etdirsələr, ölkənin valyuta ehtiyatları çox sürətlə «əriyəcək»».

İ.Əliyev və V.Putin
İ.Əliyev və V.Putin

STRATEJİ TƏRƏFDAŞLAR - AZƏRBAYCAN VƏ RUSİYA

«Azərbaycan» qəzetində «Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur» sərlövhəli məqalə dərc edilib.

Yazıda dövlət başçısı İlham Əliyevin bu il iyulun 21-də Rusiyaya işgüzar səfəri fonunda iki ölkə arasında münasibətlər dəyərləndirilir:

«Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır. Bir vaxtlar münasibətlərdə mövcud olmuş soyuqluğa baxmayaraq, əlaqələr artıq strateji səviyyəyə yüksəlib».

Yazıda vurğulanır ki, hər iki ölkənin dövlət başçılarının son illərdəki görüşləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib.

Müəllif hesab edir ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksək dinamizmlə inkişaf edir, idxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Azərbaycanda Rusiya sərmayəsi ilə 600-ə yaxın müəssisə fəaliyyət göstərir.

Yazıda iyulun 21-də prezidentlərin Soçidə keçirilən görüşü haqqında isə bunlar deyilir:

«Bu görüş xüsusilə son dövrlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrli qüvvələrin məqsədli şəkildə yaydıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi. Görünən odur ki, Azərbaycan və Rusiya prezidentlərinin bu qəfil görüşündən Rusiyanın ermənipərəst qrupları həyəcan keçirirlər».

XS
SM
MD
LG