Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Minlərlə güzdəkliyə 3 avtobus xidmət edir


Arxiv fotosu
Arxiv fotosu

"Burda minlərlə ailə yaşayır, ancaq bu sayda əhaliyə cəmi üç avtobus xidmət göstərir. İki saatdan bir gələn avtobusun qapı və pəncərələrindən sallana-sallana gedirik".

Nəqliyyata görə işini itirənlər var

Abşeron rayonu, Güzdək qəsəbəsinin sakinləri AzadlıqRadiosu-na müraciətdə belə deyirlər.

Buna da bax:​ Evləri sökülənlər: 'Kompensasiya istəmirik, ev versinlər'

Güzdəklilər uzun illərdir ki, ərazidəki ictimai nəqliyyat probleminin həllinə nail ola bilmirlər. Qəsəbədən şəhər istiqamətində sərnişinlərə 553 və 554 saylı marşrut xətləri xidmət göstərir. 553 saylı xətdə iki, 554 saylı xəttdə isə bir avtobus var. İctimai nəqliyyat üzündən Ərşad İbadov kimi işini itirənlər də var:

"Şəxsən özüm mühafizə xidmətində işləyirdim. Səhər 8-in yarısı növbəni təhvil almalıydım. Bir neçə dəfə gecikib, xəbərdarlıq alandan sonra işimi itirdim. Güzdəkdə mənim kimi işini itirən, hər gün ali məktəbə dərsə gecikdiyi üçün problem yaşayan yüzlərlə insan var. Günün hansı vaxtı Güzdəkdən avtobus keçsə, güzdəklilər onun qapı və pəncərəsindən sallana-sallana gedirlər".

Buna da bax:​ 168 ailə nə yerdədir, nə göydə...

Yol müşkülü də var

Güzdəkdə yol problemi də var. Çala-çuxur, əyri yollar sanki insanların qəsdinə durub. Bunu da "Qaynar xətt"ə qəsəbə sakini Məsud Cəfərov deyir:

"Qəsəbədaxili yollarımız bərbad vəziyyətdədir. Məhəllələrimiz yağışlı aylarda qurunt suları ilə dolur, yayda da toz-torpaqdan əziyyət çəkirik".

Abşeron Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sakinlərdən quruma ictimai nəqliyyat problemi haqqında şikayət daxil olmasa da, qəsəbədə ictimai nəqliyyat vasitələrinin artırılması üçün müvafiq qurumlara üz tutmağı düşünürlər:

Buna da bax:​ Milabad sakinləri: '10 ildir kanal suyunun içində yaşayırıq'

"Məktəb mövsümünün açılışı yaxınlaşır və qəsəbədə ictimai nəqliyyatın yaxşılaşdırılması ilə bağlı addımlar atılacaq. Ancaq ümumilikdə, sakinlərdən avtobus çatışmazlığından şikayət eşitməmişik, araşdırılar, adamları narahat edən belə bir problem varsa, həll olunar".

Yollara gəlincə, qurumdan bildirilib ki, daxili yolları bələdiyyə düzəltməlidir: “Sakinlər yığışıb yerli bələdiyyəyə müraciət etsələr, yollar da düzələr”.

XS
SM
MD
LG