Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:23

Özbəkistan milli valyutanı yarıbayarı devalvasiya etdi


Özbəkistan ötən iyirmi ildəki bazar və itisadi özünütəcriddən çıxaraq milli valyutası olan somu yarıbayarı devalvasiya edib və onu sərbəst məzənnəyə buraxıb.

Ölkənin mərkəzi bankı sentyabrın 5-də 1 ABŞ dollarına 8100 som məzənnəsini müəyyən edib. Bundan əvvəl məzənnə 1 dollar üçün 4210 som idi. Yeni məzənnə ilə som hətta qara bazardakı 1 dollara 7700 som məzənnəsindən də ucuz olacaq.

Prezidentin fərmanı ilə hökumət somu dollar sancağından çıxarıb və bununla yanaşı fərdlər və şirkətlərin ala biləcəyi xarici valyuta üzərindəki məhdudiyyət qaldırılıb.

Sentyabrın 5-dən qüvvəyə minən fərmana əsasən ölkə “milli valyutanın xarici valyutalara nisbətinin müstəsna olaraq bazar mexanizmi ilə müəyyənləşməsi” prinsipini qəbul edib.

Şavkat Mirziyoev ötən dekabrda prezident seçiləndən bəri Mərkəzi Asiyanın ikinci böyük iqtisadiyyatına xarici investisiyalarlın cəlbi və 30 milyonluq əhalisi olan ölkənin özünütəcriddən çıxarılması məqsədi güdən bir sıra islahatlar həyata keçirib.

Prezident Şavkat Mirziyoev
Prezident Şavkat Mirziyoev

Özbəkistanın keçmiş prezidenti İslam Karimov milli valyutanın məzənnəsini dollara bağlamışdı. Lakin nəticədə qara bazarın çiçəklənməsi baş vermişdi.

Mirziyoev 13 il baş nazir kimi birlikdə işlədiyi İslam Karimovun irsini tərifləsə də, hazırda özünü xarici investorları ölkədən qaçıran avtoritar hakimiyyətdən aralı tutmağa çalışır.

Mart ayında Avropa İnkişaf və Yenidənqurma Bankı Özbəkistana kredit verilməsinin bərpa olunacağını bildirib. Bundan əvvəl kütləvi insan haqları pozuntularına görə ölkə belə kreditlərdən məhrum idi.

Bu arada İslam Karimovun qadağan etdiyi Human Rights Watch insan haqları təşkilatı da Özbəkistana qayıdıb.

İkili sistem

Devalvasiya milli valyutaya münasibətdə ikili məzənnə sisteminə son qoyulmasına kömək etməlidir.

Bu sistemdə aparıcı rol qara valyuta bazarına məxsus idi.

Lakin Astanadakı Avrasiya İqtisadiyyat Universitetinin professoru Saparbay Cubayev AzadlıqRadiosuna deyib ki, devalvasiya həm də milli valyutanın alıcılıq qabiliyyətini azaldacaq.

Karimovun dövründə böyük xarici şirkətlərin ölkədən kənarda durmasına səbəb həm də əksər bizneslərin xarici valyutanı dövlətin qoyduğu ucuz məzənnə ilə almağa məcbur edilməsiydi.

Bununla yanaşı fərmanda deyilir ki, mərkəzi bank bundan sonra da somun sabitliyini təmin etməli olacaq. Lakin bu təminatın mexanizmi barədə heç nə deyilmir.

Özbəkistan İqtisadi İnkişaf Mərkəzinin iqtisadçlılarından Yulius Yusupov deyib ki, ölkə valyutasının qiymətindəki dəyişiklik kəskin qiymət qalxımına səbəb olmayacaq. Çünki bundan əvvəl də bazarı və oradakı qiymətləri qarabazar tənzimləyirdi.

XS
SM
MD
LG