Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:17

Prezidentin köməkçisi: 'Sorosun başı havalanıb...'


İsveçrə, prezident İlham Əliyev George Sorosla görüşür. 22 yanvar 2015
İsveçrə, prezident İlham Əliyev George Sorosla görüşür. 22 yanvar 2015

"Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”.

Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Tvitter" bloqunda yazıb.

Buna da bax:​ Əli Həsənov 'The Washington Post'a münasibət bildirdi

“Bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram qatıb. Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meylli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışırlar”, - N.Məmmədov qeyd edib.

O bildirib ki, yalanın ömrü az olar, ayaq tutar, yeriməz:

Buna da bax: 'Azərbaycanın pulyuyan maşını' 2.9 milyardı necə yuyub? [video]

“Onlar Azərbaycana, ölkə rəhbərliyinə qarşı yönələn bu həmlələrlə dünya birliyini çaşdıra bilməzlər. Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanıb. Öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür. Soros isə qoy cavab versin maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!”

Xatırlatma

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırması açıqlanıb.

Araşdırmada vurğulanır ki, Azərbaycanda 2012 və 2014-cü illər arasında fəallar və jurnalistlər ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət verməkdən ötrü istifadə edib.

Buna da bax:​ Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"

2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

Corc Soros - Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur.

"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusudur.

XS
SM
MD
LG