Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:01

'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'


Dunya Miyatovic, AzadlıqRadiosunun Tacik xidməti, 20 noyabr 2015
Dunya Miyatovic, AzadlıqRadiosunun Tacik xidməti, 20 noyabr 2015

Sentyabrın 13-ü Ukraynanın paytaxti Kiyevdə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində “Demokratiya və Təbliğat - müstəqil media universal dəyərləri müdafiə edə bilərmi?” mövzusunda konfrans başlayıb.

“Amerikanın səs”nin xəbərinə görə, Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda Şərq Tərəfdaşlığı ölkələrindən olan media təmsilçiləri, ekspertlər iştirak edir.

Tədbirin açılışında Avropanın genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han-ın video müraciəti dinlənilib.

O, azad medianın vətəndaş cəmiyyətinin inkişafında, ictimai fikrin formalaşmasında böyük rol oynadığını bildirib.

Komissar qeyd edib ki, tədbirin noyabrda Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti öncəsi çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, medianın iqtisadi dayanıqlığını təmin etmək bu konfransın əsas mövzularından birini təşkil etməlidir.

Konfransda Avropa Komissiyasının, Ukraynadakı Avropa Birliyinin missiyasının nümayəndələri, Estoniyanın xarici işlər naziri Sven Mikser, ATƏT-in mətbuat azadlığı üzrə keçmiş nümayəndəsi Dunya Miyatoviç və başqaları iştirak edir.

Miyatoviç çıxışında deyib ki, problemləri gizlətmək onların daha da artmasına gətirib çıxarır.

“Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir. Niyə həmişə insan haqlarını xalça altına salmağa çalışırıq”.

Dunya Miyatoviç Azərbaycanda medianın durumu haqda ayrıca danışıb.

“Azərbaycanı yada salmasam olmaz? Niyə Xədicə İsmayılova kimi jurnalist ölkədən çıxa bilmir? Biz niyə onunla həmişə internet vasitəsilə əlaqə saxlayırıq? Niyə Mehman Hüseynov həbsdədir? Niyə onun qardaşı Emin Hüseynov ölkəsinə qayıda bilmir. Mən başa düşürəm ki, diplomatiya anlayışı var, amma insanlar əzab çəkəndə diplomatik olmaq olmaz. Çünki bu vəziyyətdə biz demokratiyadan danışa bilmərik. Biz problemlər haqda daha açıq danışmalıyıq. Cəmiyyətlərin təhlükəsizliyi kimi bəhanələr buna mane olmamalıdır. Söz azadlığının pozulduğu ölkələrdə özünüsenzura güclənir. Siz özünüzə, yaxınlarınıza və dostlarınıza görə qorxursunuz”.

O, eyni zamanda“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevinhəbs qəti imkan tədbirinin dəyişdirlərək sərbəst buraxılmasından isə müsbət hal kimi bəhs edib.
Xatırlatma

«Şərq Tərəfdaşlığı» Proqramı-nın əsası 2009-cu ildə qoyulub.

Bu proqram Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

.

XS
SM
MD
LG