Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:25

DİN və baş prokurorluq: 'Pulla intim xidmətlər təklif edən şəxslər...'


Azərbaycanlı LGBT fəalı İsa Şahmarlının qəbri üzərində
Azərbaycanlı LGBT fəalı İsa Şahmarlının qəbri üzərində

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Bakıda LGTB mənsubları ilə bağlı reydlərə aid birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının sentyabrın 15-dən 30-dək keçirdiyi tədbirlərlə 83 nəfər saxlanıb. Həmin tədbirlərin vətəndaşların çoxsaylı müraciətləri əsasında keçirildiyi bildirilir.

Məlumatda iddia edilir ki, reydlər Bakı şəhərində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pulla intim xidmətlər təklif edən, hətta bundan boyun qaçıranları təhqir edən şəxslərin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Buna da bax:​ Bu məscidə LGTB də gələ bilir

Verilən məlumata əsasən, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib. 56 şəxs müxtəlif müddətlərə inzibati qaydada həbs olunub, 18 nəfər inzibati qaydada cərimə, 9 nəfərə isə xəbərdarlıq edilib.

“Lakin vəkillərin müraciətləri nəzərə alınaraq, inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün dəri-zöhrəvi dispanserlərə göndərilib. Zöhrəvi xəstəlik aşkar edilməyən 24 nəfər inzibati həbsdən azad edilib", – məlumatda bildirilir.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə AIDS tapıldığı bildirilir. 16 nəfərdə sifilis, 2 nəfərə Hepatit HIV virusu və daha bir neçə şəxsdə isə digər xəstəliklər aşkarlandığı açıqlanıb.

Buna da bax: Azərbaycan geylər üçün Avropada ən pis məkan adlandırılır

Birgə məlumatda vurğulanır ki, ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqların təqib olması barədə deyilənlərin əsası yoxdur.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə bəyanatına, hələlik, saxlanan şəxslərin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Son həftələr ərzində Azərbaycanda onlarla homoseksualın saxlanılması barədə xəbərlər yayılmışdı. İnsan haqları qrupları və fəalların sentyabrın 28-də yaydıqları məlumatlarda saxlanılanların sayının 100-ə yaxın olduğu bildirilirdi.

Ötən gün, oktyabrın 1-də isə Avropa Şurası baş katibinin sözçüsü Daniel Holtgen Azərbaycanda LGBT mənsublarına basqılar haqda məlumatlardan bəhs edən bəyanat yaymışdı.

Buna da bax:​ Azərbaycanda onlarla homoseksualın saxlandığı bildirilir

«Azərbaycanda LGBTI mənsublarıyla davranış barədə məlumatlardan narahatıq. Bu, cinsi və digər azlıqlara ayrıseçkilik Avropa İnsan Haqları Konvensiyasına ziddir. LGBTI mənsublarının hüquqları digərləriylə eynidir. Azərbaycan bu hüquqlara sayğını təmin etməli, onlara qarşı pis davranışla bağlı məlumatlar hərtərəfli araşdırılmalıdır. Biz olayları diqqətlə izləyirik», – həmin bəyanatda yazılırdı.

XS
SM
MD
LG