Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:26

Azərbaycan və Ermənistan prezidentləri görüşüb [yenilənib]


İlham Əliyevlə Serj Sarkisyan Cenevrədə təklikdə söhbət edir , 16 oktybar 2017-ci il
İlham Əliyevlə Serj Sarkisyan Cenevrədə təklikdə söhbət edir , 16 oktybar 2017-ci il

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşündən sonra ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycanın, Ermənistanın Xarici işlər nazirlərinin birgə bəyanatı yayılıb.

Bəyanatda deyilir ki, İlham Əliyevlə Serj Sarkisyanın görüşü konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesisini sürətləndirmək və təmas xəttində gərginliyi azaltmaq üçün əlavə tədbirlər görməyə razılaşdılar.

ATƏT-in Minsk qrupu həmsədrləri bu, birbaşa danışıqlardan öz razılıqlarını bildirirlər. Bəynatda qeyd olunur ki,indiki danışıqlar uzun fasusilədən sonra baş verib.

Danışıqlarda hər iki ölkənin prezidenti, xarici işlər nazirləri, ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi iştirak edib.

Minsk Qrupu Əliyev-Sarkisyan görüşündən razı qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

***

Bu gün, oktyabrın 16-sı Azərbaycan prezident İlham Əliyev və Ermənistan dövlət başçısı Serzh Sarkisian arasında Cenevrədə görüş keçirilib.

Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytı məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

İlham Əliyev danışıqlardan əvvəl 16 oktyabr 2017
İlham Əliyev danışıqlardan əvvəl 16 oktyabr 2017

Prezidentlər İ.Əliyev və S.Sarkisian həmsədrlərin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər. Görüşün detalları barədə hələlik məlumat verilmir.

İlham Əliyev danışıqlara gəlir 16 oktyabr 2017
İlham Əliyev danışıqlara gəlir 16 oktyabr 2017

Görüşdən dərhal sonra Ermənistan prezidenti Ermənistanın İsveçrədəki səfirliyinə yollanıb. Sarkisyanın mətbuat katibi V.Hakobyan Twitterdə yazır ki, prezident burda erməni icmasının nümayəndələri ilə görüşəcək.

Bu ayın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycana səfər etmişdilər. Məqsəd hər iki ölkənin yüksək səviyyədə görüşünü təşkil etmək idi.

Geniş heyətdə görüş, Cenevrə 16 oktybar
Geniş heyətdə görüş, Cenevrə 16 oktybar

Prezidentlər arasında son görüş 2016-cı ildə Sankt-Peterburq şəhərində keçirilib.

Azərbaycan prezidenti İ.Əliyev Ermənistanı danışıqları davam etdirmək üçün şərt qoymaqda ittiham edirdi, ancaq sonradan Ermənistan danışıqları şərtsiz davam etdirməyə razı oldu.

Ilham Əliyev və Serj Sarkisyan, Cenevrə 16 oktyabr, 2017
Ilham Əliyev və Serj Sarkisyan, Cenevrə 16 oktyabr, 2017

​* * *

Birgə bəyanat: “Görüş konstruktiv mühitdə keçib”

Bu gün, oktyabrın 16-sı Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə bəyanat yayıblar.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistan prezident Serzh Sarkisian və Azərbaycan dövlət başçısı İlham Əliyev Cenevrədə zirvə görüşü keçiriblər.

“ATƏT Minsk Qrupunun həmsədrlərinin himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb”, – məlumatda bildirilib.

XİN qeyd edib ki, görüş konstruktiv mühitdə keçib.

“Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaqdan ötrü əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazırdırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”, – məlumatda vurğulanır.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

XS
SM
MD
LG