Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:15

Media: 'Rusiya Suriyadakı texnikasını azalda bilər'


Suriyadakı Rusiya əsgərləri, 2016-cı il
Suriyadakı Rusiya əsgərləri, 2016-cı il

-

Rusiya hakimiyyəti hərbi texnikasının bir hissəsini Suriyadan çıxarmağın mümkünlüyünü götür-qoy edir. Bu haqda bazar ertəsi – oktyabrın 30-da “Kommersant” diplomatik mənbələrə istinadla yazıb.

ƏSAS SİSTEMLƏR QALIR

Mənbələr söhbətin hansı texnikadan getdiyini konkret söyləyə bilməyiblər. Ehtimallara görə, Hmeymim bazasındakı qarışıq aviaqrup, onun mühəndis və texniki personalı ixtisar oluna bilər.

Ancaq Suriyada S-400 və S-300 raket sistemləri və Hmeymum və Tartusdakı bazaları qoruyan “Pantsir-S1” sistemləri, eləcə də ölkənin qərbindəki de-eskalasiya zonalarının monitorinqini aparan pilotsuz qurğular qalacaq.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Suriyadakı texnikanın ixtisar planı yoxdur. Prezidentin mətbuat katibi Dmitriy Peskov-sa deyib ki, “belə qərarlar elan olunmur”.

Oktyabrın 16-da müdafiə naziri Sergei Shoigu israilli həmkarıyla görüşdə Suriyadakı hərbi əməliyyatın tezliklə bitəcəyindən danışmışdı. Başqa bir görüşdə isə Shoigu deyib ki, Suriya ərazisinin 5 faizindən də azı cihadçıların əlindədir.

1600 NƏFƏR, YA ÇOX?

2016-cı ilin martında Rusiya hakimiyyəti rəsmən Suriyadakı əsgərlərin “əsas hissəsi”ni çıxardığını elan edib. Bundan sonra Suriyada məhdud sayda rusiyalı kontingent qalıb. Rəsmi məlumata görə, onlar 1600 nəfərdir.

Di gəl, ABŞ-ın hesablamasına görə, Suriyada rusiyalı hərbçilərin sayı faktiki dəyişməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iki il ərzində Suriyada 40-dək rusiyalı hərbçi həlak olub. Amma müstəqil araşdırma qrupları elə bu ilin əvvəlindən Suriyada ölən Rusiya vətəndaşlarının sayının bu qədər olduğunu iddia edirlər.

Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları Rusiya hərbçilərini və prezident Bashar al-Assad ordusunu hava zərbələrində dinc sakinləri qətlə yetirməkdə suçlayıb. Onların kimyəvi silahdan da istifadə etdiyi iddia olunur.

Kremlsə ittihamları rədd edir.

XS
SM
MD
LG