Hətta bəzən 1 yaşlı uşaqlar belə zorakılığa məruz qalır, həm də baxıcıları tərəfindən. Bu haqda BMT-nin uşaq qurumu olan UNICEF noyabrın 1-də açıqladığı hesabatda söz açır.
“Tanış sifət: Uşaqların və yeniyetmələrin həyatında zorakılıq” adlı hesabatda uşaqların həyatlarının bütün mərhələlərində zorakılıq gördükləri bildirilir.
300 MİLYON UŞAQ
Dünyada 2-4 yaşlı uşaqların 75 faizi, yəni 300 milyon uşaq evdə baxıcıları tərəfindən psixoloji aqressiya və fiziki cəza görüb.
30 ölkədə 1 yaşlı körpələrin hər 10-dan 6-sının daimi olaraq zorakılığa məruz qaldığı bildirilir.
Hesabatda qeyd olunur ki, yaşı 5-dən aşağı 176 milyon uşağın hər dördündən birinin anası cinsi patnyorunun zorakılığına məruz qalır.
Oğlanlara və qızlara qarşı cinsi zorakılıq hallarına gəlincə, dünyada 15-19 yaşlı 15 milyon yeniyetmə qızın cinsi əlaqəyə məcbur edildiyi qeyd olunur.
Cinsi zorakılıq görmüş yeniyetmə qızların yalnız 1 faizi peşəkar kömək üçün müraciət etdiyini vurğulayıb.
*** Buna da bax: 5 ildə 50 qadın öldürülüb
HƏR 7 DƏQİQƏDƏ 1 GƏNC ÖLDÜRÜLÜR
28 ölkədə məcburi cinsi əlaqə yaşamış yeniyetmə qızların 90 faizi təcavüzkarı tanıdığını söyləyib.
Hesabatda yeniyetmələrin zorakılıqdan ölüm halları da yer alıb. Bildirilir ki, dünyada hər 7 dəqiqədə 1 gənc zorakılıqdan ölür.
Birləşmiş Ştatlarda afro-amerikan gənclər arasında qətl halları ağdərili gənclərdən 19 dəfə çoxdur.
Latın Amerikası və Karib regionunda gənclər arasında qətllər artıb; 2015-ci ildə gənclər arasına qətllərin, demək olar, yarısı bu regionda törədilib.
UNICEF onu da qeyd edir ki, məktəbyaşlı uşaqların yarısı – 732 milyon nəfər məktəblərdə cəzanın tam yasaqlanmadığı ölkələrdə yaşayır.
Son 25 ildə qeyri-münaqişə ölkələrində məktəblərdə atışmaların 75 faizi Birləşmiş Ştatlarda qeydə alınıb.