Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

Facebook-un qanuna necə əməl etdiyi yoxlanacaq


İllüstrativ foto
İllüstrativ foto

Facebook-un rusiyalı istifadəçilər haqda məlumatları Rusiyadakı serverlərdə yerləşdirməsini tələb edən qanuna necə əməl etdiyi yoxlanacaq. Bunu “Roskomnadzor” dövlət qurumu noyabrın 8-də bildirib.

Qurum Facebook-a və digər sosial şəbəkələrə dəfələrlə xəbərdarlıq edib ki, qanuna əməl etməsələr, onların bu ölkədəki fəaliyyəti qadağan oluna bilər.

*** Buna da bax: Rusiyanın bu kampaniyasını realiti-şouya bənzədir

“NƏZARƏT FƏALİYYƏTİ PLANLAŞDIRILIR”

“Yaxın gələcəkdə Roskomnadzor bir sıra nəzarət fəaliyyəti planlaşdırır, Facebook administrasiyasının rusiyalı istifadəçilərin şəxsi məlumatlarıyla bağlı fəaliyyəti təhlil olunacaq”, – qurum Interfax xəbər agentliyinin yaydığı bəyanatında vurğulayıb.

Rusiya hakimiyyəti 2014-cü ildə qüvvəyə minmiş qanunun məqsədinin rusiyalıların şəxsi məlumatlarını qorumaq olduğunu deyir.

Ancaq tənqidçilərin fikrincə, məqsəd müxalifət fəalları arasında populyar sosial media şəbəkələri üzərində nəzarəti gücləndirməkdir.

Ötən il Roskomnadzor LinkedIn şəbəkəsini bloklayıb, elə həmin qanunu pozması əsas gətirilib.

*** Buna da bax: Sosial media demokratiyaya təhlükədirmi

TWİTTER ƏMİN OLMAQ İSTƏYİR

LinkedIn fəaliyyətinin bərpasıyla bağlı hələ hakimiyyətlə razılığa gəlməyib.

Roskomnadzor noyabrın 8-də bildirib ki, Twitter qanuna əməl etməyə razılaşıb. Twitter məsələni şərh etməsə də, “Frans Pres” agentliyi anonim mənbəyə istinadla yazıb ki, sosial şəbəkə, hələlik, məsələni nəzərdən keçirir.

Həmin mənbəyə görə, Twitter əmin olmaq istəyir ki, məlumatları Rusiyada saxlamaq “rusiyalı istifadəçilərə və onların hesablarına hər hansı təhlükəsizlik riski yaratmayacaq”.

Ötən ay Twitter Rusiyanın dövlət nəzarətində olan RT və Sputnik media orqanlarının reklamlarını qadağan edib. Səbəb ABŞ kəşfiyyat orqanlarının bu medianın 2016-cı il prezident seçkisi zamanı dezinformasiya yaydığını aşkarlamasıdır.

*** Buna da bax: Kreml trollarının sosial şəbəkələrdə amerikalılara göstərdiyi reklamlar açıqlanıb

Facebook da rusiyalı əməliyyatçıların reklam və postlarını qadağan etmək yönündə addımlar atıb.

XS
SM
MD
LG