Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:31

Əli Həsənovun nəvəsi məhkəmə qarşısında


Nail Allahverdiyev
Nail Allahverdiyev

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev məhkəmə qarşısına çıxarılır. N.Allahverdiyev haqqındakı cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. AzadlıqRadiosunun məlumatına görə, bu iş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin olunub.

23 yaşlı N.Allahverdiyev avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində baş vermiş və iki nəfərin ölümü, daha ikisinin yaralanması ilə nəticələnən yol qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, qəzanı törədən «Mercedes- Gelandewagen» markalı avtomobilin sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***Buna da bax-Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

«Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan «Mazda» markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verib», - rəsmi məlumatda deyilir.

N.Allahverdiyevin vəkili Sevdiyar Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, müvəkkili həbs-qətimkan tədbiri seçilərkən məhkəmədə əməlindən peşman olduğunu deyib.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG