Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:29

Lavrov gəldi-getdi - nə dəyişdi? [video]


Ərdoğanın Qarabağ bəyanatı - Sülhün açarı kimdədir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ərdoğanın Qarabağ bəyanatı - Sülhün açarı kimdədir? [A-Live]

Erdoğan deyib ki, Qarabağ münaqişəsi 30 ilə qədərdir ki, davam edir və bu işi bölgədə çözəcək güc Rusiya və cənab Putindir. Bu barədə Türkiyə prezidenti Rəcəb Teyyub Erdoğan noyabrın 22-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bildirib.

Bakıda, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyir ki, bu, Erdoğanın Qarabağla bağlı bir həftədə ikinci mesajıdır. Türkiyə prezidenti bir neçə gün , o, daha əvvəl də, Putinlə Qarabağ münaqişəsinin həllini müzakirə etdiyini bildirmişdi.

Təhlilçi Elxan Şahinoğlu ehtimal edir ki, Putin Erdoğana Qarabağla bağlı ümidverici bir söz deməyib, Türkiyə prezidenti də indi bu mesajı Azərbaycan ictimaiyyətinə ötürür:

Buna da bax: Lavrov 'hər iki tərəfə məqbul' sülhdən danışır

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Erdoğan tamamilə haqlıdır. Putin istəsə, həll edə bilər. Erdoğan həm də Azərbaycan cəmiyyətinə, siyasi təhlilçilərə mesaj verir ki, Rusiya indiki dönəmdə münaqişənin həll olunmasını istəmir".

Elxan Şahinoğlu deyir ki, indiki halda, Qarabağ münaqişəsinin həlli danışıqların başladığı vaxtdan bu yana bir addım da irəli getməyib.

Biz Bakı sakinlərini də münaqişəyə qatmışıq. Onlardan soruşmuşuq ki, münaqişənin həlli üçün nə qədər vaxt lazımdır.

Münaqişənin nizamlanması üzrə Minsk qrupunun üç həmsədrindən biri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən həftə Bakıya və Yerevana səfər edib.

Buna da bax:​ Lavrov: 'Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq'

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olanda, işğal altında olan Azərbaycan torpaqlarının boşaldılmasını nəzərdə tutan BMT qətnamələri haqqında danışıb:

Sergey Lavrov Bakıda
Sergey Lavrov Bakıda

"Bu sənədlərdə bəzi paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb, amma bəzi məsələlər var ki, müəyyən şeylər tələb edir. Əminəm ki, diplomatiya hər iki tərəfin qəbul edəcəyi yanaşmanı ortaya qoya biləcək".

Bakıda siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, bu, Sergey Lavrovun Azərbaycan əleyhinə verdiyi şərhlərdən biridir:

"Necə yəni, səylər davam etməlidir?! Həmin qətnamələr icra olunmalıdır. Bu, Bakıya birinci mesaj idi ki, qətnamələr bizim üçün əsas deyil.

O, əsas mesajını Yerevanda verdi. Nalbandyanla mətbuat konfransında dedi ki, ayrı-ayrı bəndləri yerinə yetirmək mümkün deyil. Bu da Bakıya mesaj idi ki, məndən mərhələli həll planı tələb etməyin, həll paket şəklində olmalıdır - yəni, əgər beş rayon azad olunacaqsa, avtomatik Dağlıq Qarabağın statusu müəyyənləşəcək, referendum tarixi də bilinməlidir ki, bu da Azərbaycanın maraqlarına ziddir".

Buna da bax:​ Yada düşən öhdəliklər... Azərbaycanı nə gözləyir?

Lavrovun Bakı səfərindən sonra keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hazırkı xələfi Elmar Məmmədyarovu tənqid edib, deyib ki, Məmmədyarov, Lavrovun ifadələri qarşısında zəif mövqe nümayiş etdirib. Xarici işlər Nazirliyindən bu irada reaksiya verilməyib, nazirliyin mətbuat xidmətində AzadlıqRadiosu-nun zənglərinə gün ərzində cavab verilməyib.

Manvel Sargsyan
Manvel Sargsyan

Yerevanda, Milli və Strateji Araşdırmalar Mərkəzinin eksperti Manvel Sarkisyan isə deyir ki, Lavrovun səfəri sıradan bir, bölgə səfərinin tərkib hissəsi idi, o, xüsusi bir bəyanat səsləndirmədi:

"Yeganə fərqlənən bəyanat o oldu ki, Lavrov həm Bakıda, həm Yerevanda dedi ki, müzakirənin idarəedicisi Minsk prosesi çərçivəsində gedirdi, yəni, ayrıca Rusiya planından söhbət getmir. Bundan əvvəl isə Türkiyə prezidenti bir ifadə səsləndirmişdi ki, Rusiya prezidenti Qarabağ məsələsində yetkilidir. Türklər bu məsələni belə qavrayır".

Buna da bax: Azərbaycan Moskva danışıqlarından razı qalıb

Keçən ilin aprelində Qarabağda gedən qısa müddətli danışıqlardan sonra Qarabağ danışıqlarında fasilə yaranmışdı. Bu ilin oktyabrında prezident İlham Əliyev və Serj Sarkisyan görüşdülər, yekunda isə yenə də sadəcə danışıqların davam etdirilməsinə iradə olduğu barədə bəyanatlar səsləndi.

Qarabağ danışıqları keçən ilin aprel döyüşlərindən sonra xüsusilə dalana dirənib, bundan əvvəl Beynəlxalq Böhran qrupu da öz hesabatında Minsk qrupunun digər həmsədrlərinin – Fransa və Amerikanın başının qarışıq olduğunu, Rusiyanın aktivliyinin xüsusilə artdığını bildirmişdi.

Buna da bax:

Lavrov BMT-nin Qarabag qətnamələrini şərh edir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

XS
SM
MD
LG