Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:46

Trump Putin-ə təşəkkür edib


Donald Trump (solda) və Vladimir Putin (arxiv fotosu)
Donald Trump (solda) və Vladimir Putin (arxiv fotosu)

ABŞ prezidenti Donald Trump dekabrın 14-də rusiyalı həmkarı Vladimir Putin-lə telefonla danışıb. O, Putin-ə illik mətbuat konfransında Amerikanın güclü iqtisadi göstəricilərini etiraf etdiyinə görə təşəkkürünü bildirib.

Məlumatı Ağ ev yayıb. Prezidentlərin Şimali Koreyadakı təhlükəli durumun həllindən ötrü birgə fəaliyyəti də müzakirə etdikləri bildirilir.

İki prezident sonuncu dəfə noyabrda telefon danışmışdı. Ondan öncə isə onlar Vyetnamda Sakit Okean liderlərinin sammiti çərçivəsində üz-üzə gəlib əl sıxmışdılar.

ABŞ kəşfiyyat orqanları Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilə iddialarını araşdırdığından Trump-ın Rusiya lideriylə kontaktları daim medianın diqqətindədir.

Putin bu iddiaları dəfələrlə təkzib edib, Trump isə ötən ay bildirib ki, Putin-in səmimiyyətinə inanır.

*** Buna da bax: Putin Navalny-yə "Rusiyanın Saakashvilisi" deyir

Dekabrın 14-də illik mətbuat konfransında Putin deyib ki, Trump vəzifəyə keçəndən “ciddi uğurlar” əldə edib.

CNN yazır ki, Putin elə Trump-ın öz sözləriylə danışıb, Amerika iqtisadiyyatının gücünü vəsf edib, “investorların Amerika iqtisadiyyatına inamının artdığını”, bunun Prezident Trump-ın işinə inamla bağlı olduğunu vurğulayıb.

Ancaq Putin Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı istintaqı “casusluq maniyası” adlandırıb.

«Bu, sayıqlamadır, dəlilikdir. Bunu Trump-a qarşı olanlar uydururlar və məqsəd də onun etdiklərinə, işinin legitimliyinə kölgə salmaqdır», – o deyib.

XS
SM
MD
LG