Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:18

Saakashvili: FSB-nin mənə qarşı dəlilin düzəldilməsində əli var


Mikheil Saakashvili məhkəmədə, 3 yanvar, 2018-ci il
Mikheil Saakashvili məhkəmədə, 3 yanvar, 2018-ci il

Ukraynanın yeni qüvvələr partiyasının lideri və Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Rusiyanın FSB təhlükəsizlik agentliyini ona qarşı dəlilin düzəldilməsində iştirakda suçlayıb.

Saakashvili yanvarın 3-də Kiyevdə məhkəmədən sonra jurnalistlərə danışıb. Məhkəmədə prokurorlar onun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) suallarını cavablandırmaqdan imtina etdiyinə görə ev dustağı edilməsini istəyiblər.

Hakimlər iclası prokurorların xahişiylə yanvarın 11-dək təxirə salıblar.

*** Buna da bax: Saakashvili dindirilməkdən imtina edir

“KÖHNƏ SOVET ÜSLUBU”

Müstəntiqlər Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru olan Saakashvili-ni ölkənin keçmiş prezidenti Viktor Yanukovych-in rəhbərlik etdiyi iddia olunan “kriminal qrup”la əlaqədə suçlayıb. Yanukovych 2014-cü ilin fevralında Rusiyaya qaçıb.

Hüquq-mühafizə orqanları həmçinin iddia edirlər ki, Saakashvili-nin rəhbərlik etdiyi etirazlar Rusiyanın Kiyevdəki hökumətə qarşı planının bir hissəsidir.

Cinayət işində təqdim olunan dəlil Saakashvili ilə Rusiyada gizlənən rusiyapərəst ukraynalı biznesmen arasında baş verdiyi iddia olunan telefon söhbətindən ibarətdir.

Müstəntiqlərin iddiasına görə, biznesmen Serhiy Kurchenko Ukraynada etirazların təşkili və iğtişaş yaratmaqdan ötrü Saakashvili-yə pul təklif edib və o da qəbul edib.

Yanvarın 3-də xanımı və oğluyla məhkəməyə gedən Saakashvili bütün ittihamları rədd edib. O, prokurorların təqdim etdiyi dəlili SBU-nun, Rusiyanın FSB təhlükəsizlik xidmətiylə birgə düzəltdiyini iddia edib.

*** Buna da bax: Saakaşvili yenidən azad edildi

Telefon yazısının qüsurlu olduğunu deyən Saakashvili SBU-da dindirilən zaman onlara özünün səs nümunəsini verməkdən imtina etdiyini vurğulayıb.

Buna baxmayaraq, onlar ekspertizanın nəticələrini ortaya qoyub audiodakı səsin mənə məxsus olduğunu deyirlər”, – Saakashvili söyləyib.

Bu mənə köhnə sovet üslubunu xatırladır, hakimiyyət iddia etdiyi hər şeyin həqiqiliyini sübut edirdi”, – o bildirib.

“TƏSADÜF DEYİL”

Saakashvili onu da əlavə edib ki, Ukrayna hakimiyyəti ona müvəqqəti qoruma status vermir, Tbilisiyə ekstradisiya oluna bilməsi üçün “şərait yaradır”.

“On dəqiqə öncə mənə qarşı Tbilisidə və eyni vaxtda Kiyevdə məhkəmə başlandı. Düşünürsüz ki, bu, təsadüfdür? Oliqarxlar sövdələşməyə gedə bilirlər. Ancaq qərarı ayrı-ayrı vaxtlarda verə bilərdilər”, – yanvarın 3-də Kiyevdə məhkəmədə deyib.

Dekabrın 18-də Saakashvili Kiyevdə Prokurorluqda olub, ancaq orada müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib. O, elə həmin gün jurnalistlərə demişdi ki, iş SBU-ya veriləcəyi halda ifadə verə bilər.

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.

Saakashvili 2016-cı ilin noyabrında Odessadakı vəzifəsindən istefa verib. O, korrupsiyadan şikayətlənib və o vaxtdan Poroshenko-nun opponentinə çevrilib.

XS
SM
MD
LG