Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:59

Maltanın baş naziri Azərbaycanla əlaqələrindən danışıb


Joseph Muscat
Joseph Muscat

Maltanın baş naziri Joseph Muscat Azərbaycanın hakim ailəsiylə əlaqələrinə dair suala cavabında deyir ki, “bir milyon dolları gizlətmək asan deyil”.

“BBC Newsnight” verilişində jurnalist John Sweeney Maltaya səfər edərək tanınmış bloqqer Daphne Caruana Galizia-nn ötən il öz avtomobilində partladılaraq öldürülməsinin səbəblərini araşdırmağa çalışır.

***Buna da bax-Azərbaycanın birinci ailəsini yenidən korrupsiyada suçlayıblar [video]

Jurnalist baş nazir Joseph Muscat-dan Azərbaycanın birinci ailəsiylə münasibətləri barədə soruşur. Muscat deyir ki, Azərbaycan prezident İlham Əliyevlə iki dəfə Bakıda, bir neçə dəfə də Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitləri çərçivəsində görüşüb. Birinci xanım Mehriban Əliyeva bir dəfə Maltaya səfər edərək onu xanımıyla görüşüb. “Vəssalam. Münasibət bundan ibarətdir, başqa heç nədən”, – o söyləyib.

Amma jurnalist “Daphne isə deyir ki, ortada çox şey var, bir neçə milyon dollar”, – deyə sualına davam edir.

Nazir bu suala gülərək cavab verir, deyir, onun fikrincə, milyon dolları gizlətmək mümkün deyil: “Heç yüz dolları da. Nə bankda, nə başqa bir yerdə, bu mümkün deyil”.

Öldürülən jurnalist hadisədən əvvəl polisə müraciət edibmiş
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

XATIRLATMA

Maltada tanınmış bloqqer Daphne Caruana Galizia ötən ilin oktyabrında evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülüb. Polis onun avtomobilinə bomba yerləşdirildiyini açıqlamışdı.

***Buna da bax-Maltadakı etirazlarda Azərbaycanın adı çəkilir

Galizia öz yazılarında hökuməti korrupsiyada ittiham edirdi. BBC o zaman yazırdı ki, Caruana Galizia-nın ölümü baş nazir Muscat-ın Əmək Partiyasının seçki qələbəsindən dörd ay sonraya təsadüf edir. Galizia baş naziri və onun arvadını Panama sənədləri ilə bağlı korrupsiyada ittiham edirdi.

BBC xatırladırdı ki, baş nazir və xanımı Azərbaycanın hakim ailəsi üçün ofşor bank hesablarında pul gizlətdiklərinə dair ittihamları rədd edirdilər.

Caruana Galizia-nın məşhur bloqunda həm də müxalifət siyasətçiləri kəskin tənqid edilirdi.

XS
SM
MD
LG