Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:15

Trump Davosda – ‘zəfər anı’


Donald Trump-ın videomüraciəti, 22 yanvar, 2018-ci il
Donald Trump-ın videomüraciəti, 22 yanvar, 2018-ci il

ABŞ prezidentləri indiyədək İsveçrənin kurort şəhərində keçirilən Davos Dünya İqtisadi Forumundan qaçmağa çalışıblar. İkinci dəfədir ki, belə bir dəvət gerçəkləşəcək. “The Associated Press” agentliyi yazır ki, Donald Trump bu tədbirdə bir ulduz kimi diqqət çəkəcək. Di gəl, daşınmaz əmlak şirkəti rəhbərindən realiti TV ulduzuna çevrilmiş, daha sonra millətçi siyasət yürüdərək beynəlxalq ticarətə qarşı danışmağa başlamış Trump bu tədbirlə elə də “həmahəng” görünmür.

Yenidən Birləşmiş Ştatlara sərmayə qoyulması barədə danışacağıq”, – Trump dünən – yanvarın 23-də deyib.

QEYRİ- DOSTYANA AUDİTORİYA

Sonuncu dəfə Davosa 2000-ci ildə ABŞ prezidenti Bill Clinton gedib. Barack Obama, George W. Bush və George H.W. Bush qatılmayıblar, Ronald Reagan videoəlaqəylə qoşulmuşdu.

Amma prezidentlər olmasa da, vitse-prezidentlər Davosa gedib, Barack Obama dövründə Joe Biden, George W. Bush administrasiyasından isə Dick Cheney bu işi görüblər.

*** Buna da bax: Trump Davosda Netanyahu ilə görüşəcək

Hazırda forum iştirakçıları Trump-ın nə deyəcəyiylə bağlı baş sındırırlar. Çoxdan bu forumda iştirak edənləri fikrincə, qlobal ticarəti dəstəkləyənlər onu elə də isti qarşılamaya bilərlər.

Çətin məsələdir. Əvvəla, auditoriyanın ona elə də dostyana yanaşmayacağı bir durumla üzləşəcək”, – IHS Markit-in baş iqtisadçısı Nariman Behravesh deyir.

Ağ evin anonim danışan rəsmisinin sözlərinə görə, Trump-ı tədbirə getməyə vitse-prezident Mike Pence və Fransa prezidenti Emmanuel Macron həvəsləndirib. Amma görünür, o, Clinton-un 18 il öncə gördüyündən fərqli reaksiyayla üzləşəcək.

Qlobal ticarət tərəfdarı olan Clinton çıxışında dünya liderlərini fəhlələri, yoxsul ölkələri nəzərə almağa çağırmışdı, “Kiçik qardaşları gözardı etməyin” demişdi. Builki tədbirdə Clinton-un keçmiş vitse-prezidenti Al Gore-un iştirak edəcəyi gözlənir.

SÖZÜ ÖZÜNDƏN QABAQ GEDİB

Trump foruma ilk dəfə gedir, amma son illər onun siyasi yüksəlişi burda söz-söhbət yaradıbmış.

Yadımdadı, iki il öncə Davosda hər bir görüş, mövzusundan asılı olmayaraq, belə bir fikirlə bitirdi ki, Trump heç vaxt prezident seçilə bilməz. Məncə, bu onun üçün zəfər anıdır”, – Harvard Universitetinin iqtisadçısı Kenneth Rogoff deyib.

Ötən il Biden tədbirə Obama administrasiyasının son günlərində getmişdi və çıxışında Trump-ı üstüörtülü tənqid edərək Avropa və Birləşmiş Ştatları “liberal” dünya düzənini qorumağa çağırmışdı. O, Qərbin təcridə və hasar hörməyə meyllənməsini pisləyirdi.

*** Buna da bax: Davos forumu başlanır

Ötən il Çin prezidenti Xi Jinping də Trump-a mesaj göndərdi, ölkəsini azad ticarət və sabitlik çempionu adlandırdı, dedi ki, “İstəyirsiz bəyənin, istəyirsiz bəyənməyin, qlobal iqtisadiyyat qaça bilməyəcəyiniz böyük okeandır”.

Agentlik yazır ki, indi Trump bu ismarıclara müxalif mövqeyini də ortaya qoya bilər.

XS
SM
MD
LG