Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:52

Trump: 'Öncə Amerika' tənha Amerika demək deyil (Canlı)


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump bir neçə dəqiqəyə İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda çıxış edir:

Çıxışı rus dilində burada izləyə bilərsiz:

Canlı

Donald Trump çıxışında Birləşmiş Ştatların son bir ildə əldə etdiyi iqtisadi uğurlardan söz açıb.

“Amerika biznesə açıqdır, həmişəki kimi rəqabətliyik”, – prezident deyib.

O, orta sinif, kiçik biznes üçün vergilərin azaldıldığını, son bir ildə böyük işlər görüldüyünü bildirib.

Kapital, investisiya cəlb edən mühit yaratmışıq. Amerikaya gəlin. Mən Amerikaya inanıram. Prezident kimi həmişə Amerikanı birinci yerə qoymuşam. Digər ölkə liderləri də öz ölkələrini beləcə önə çəkməlidirlər. Amma “Öncə Amerika” Amerikanın təkbaşına qalması demək deyil”, – Trump söyləyib.

O, Birləşmiş Ştatların iqtisadi gücündən, ABŞ-ın biznes qurmaqdan ötrü arzuolunan yer olmasını vurğulayır:

Məncə, real mesaj odur ki, böyük firavanlıq, böyük sülh istəyirik”, – Trump yanvarın 25-də Avropadan biznes liderləriylə görüşündə deyib.

Çox adam Birləşmiş Ştatlara qayıdır. Nəhəng investisiya görürük”, – o söyləyib.

AMERİKANIN DİRÇƏLİŞİ

Dünya güclü və çiçəklənən Amerikanın dirçəlişinə şahid olmaqdadır”, – o vurğulayıb.

Birləşmiş Ştatlarda işçi yığmaq, tikmək, sərmayə qoymaq və artmaq üçün bundan yaxşı vaxt olmayıb”, – deyən Trump çiçəklənən Birləşmiş Ştatların dünyadan ötrü yaxşı olduğunu qeyd edib.

O, ticarətin “ədalətli və qarşılıqlı” olmasının vacibliyini vurğulayıb, Vaşinqtonun ticarət qaydaları tətbiq edəcəyini söyləyib.

Geosiyasi məsələlərə gəlincə, Trump deyib ki, Birləşmiş Ştatlar tərəfdaşlarına “İranın nüvə silahları hazırlayıb əldə etməsinə yolunu bağlamaq” çağırışlarını davam etdirəcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Əfqanıstanın “bir daha heç vaxt” terrorçuların sığınacağına çevrilməsinə imkan verməmək öhdəliyinə sadiq qalır və İslam Dövləti (İŞİD) ekstremist qrupuyla mübarizə bitməyib.

Rusiyanın neft və qaz ixracatında əsas rol oynamasına eyham vuran Trump bildirib ki, heç kəs enerjiyə görə yalnız bir ölkədən asılı olmamalıdır.

***

Trump yanvarın 26-da Ruanda prezidenti, Afrika Birliyinin indiki sədri Paul Kagame ilə də görüşüb.

Trump bir müddət öncə Afrika ölkələriylə bağlı aşağılayıcı ifadələr işlətmişdi.

ABŞ prezidenti bu forumda kəskin tənqidlə üzləşib. Amerikalı sərmayəçi George Soros onu ölkəni kriminal qurum kimi idarə etməkdə suçlayıb.

Trump Birləşmiş Ştatlarda mafiya dövləti qurmaq istərdi, ancaq bunu edə bilməyəcək, çünki konstitusiya, digər qurumlar, dinamik mülki cəmiyyət buna imkan verməz”, – Soros deyib.

XS
SM
MD
LG