Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:28

Ötən il 10 mindən çox əfqan öldürülüb və yaralanıb


Fevralın 14-də Əfqanıstanda Valentin günü qeyd olunub
Fevralın 14-də Əfqanıstanda Valentin günü qeyd olunub

Ötən il 10 mindən çox dinc əfqan ölkədəki zorakılıqlarda ya öldürülüb, ya da yaralanıb. Bunu BMT bu gün – fevralın 15-də yaydığı hesabatda bildirir. Ölümlərin əsas səbəbləri yaraqlıların törətdiyi bomba hücumları, eləcə də ABŞ koalisiyası və hökumətin endirdiyi hava zərbələridir.

Ötən avqustda ABŞ prezidenti Donald Trump Əfqanıstanla bağlı daha aqressiv strategiya açıqlayıb, buraya hava zərbələrinin gücləndirilməsi də daxildir. Yaraqlılar da buna cavab olaraq Kabilə hücumları artırıblar, son həftələr 150-dək adam öldürülüb.

*** Buna da bax: Taliban “Amerika xalqına” məktub yazıb

Ötən il 3 min 438 nəfər öldürülüb, 7 min 15 nəfər yaralanıb. Bu, bir il öncəkindən 9 faiz azdır. Amma BMT yaraqlı hücumlarından ölənlərin çox olduğunu bildirir.

“Ümumi itkilərin 27 faizi antihökumət elementlərinin mülki hücumları bilərəkdən hədəfə aldığı hallarda baş verib... bunlar, əsasən, intihar hücumları və kompleks hücumlardır”, – BMT bildirir.

HÖKUMƏT VƏ ANTİHÖKUMƏT QÜVVƏLƏRİNİN HÜCUMLARI

Ən ağır hücum ötən il mayın 31-də Kabildə törədilib, intiharçı yük maşınına qoyulmuş bomba partladıb, 92 dinc sakin ölüb, 491 nəfər yaralanıb.

Ötən ilki itkilərin üçdə ikisi antihökumət qüvvələrinin hücumları nəticəsində baş verib. Taliban bu hücumların 42, İslam Dövləti (İŞİD) qruplaşması 10, 13 faizi digər qüvvələr tərəfindən törədilib.

Hökumətyönlü qüvvələrsə itkilərin beşdə birinə görə məsuliyyət daşıyır, bunun 16 faizi əfqan, 2 faizi beynəlxalq qüvvələrin, 2 faizi hökumətpərəst silahlıların payına düşür.

*** Buna da bax: Əfqan qadının döyülməsində yeddi şübhəli saxlanıb

Ötən il itkilərin 6 faizi beynəlxalq və hökumət qüvvələrinin hava hücumu nəticəsində baş verib. Bu zərbələrdə 295 nəfər öldürülüb, 336 nəfər yaralanıb. Bu itki bir il öncəkindən 7 faiz artıqdır.

Dinc şəxslərin ölümünün ikinci əsas səbəbi quru toqquşmalardır. Bu itki sayı 2016-cı ildəki rekord səviyyədən 19 faiz azdır.

Zorakılığa ən çox qadınlar və uşaqlar məruz qalıb. Ötən il 359 qadın öldürülüb ki, bu, bir il öncədən 5 faiz çoxdur, 865 qadınsa yaralanıb.

861 uşaq öldürülüb, 2 min 318 uşaq yaralanıb. Bu rəqəm 2016-cı ildən 10 faiz azdır.

XS
SM
MD
LG