Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 16:24

Google Maps-dən qadınlarla bağlı dəyişiklik


İllüstrativ foto
İllüstrativ foto

Qadınların başçılıq etdiyi, yaxud yaratdığı şirkətlər Google Maps-də bunu göstərə biləcəklər. The Alphabet Inc-ə (GOOGL.O) aid şirkət bunu dünən – martın 7-də açıqlayıb.

Google bloq postunda qeyd edir ki, bu həftə işə düşəcək funksiya 8 mart Beynəlxalq Qadınlar Günü münasbətiylə buraxılır.

İstifadəçilər yeni xarakteristikanı Biznes Soraqçasında görəcəklər, burada məsələn, mağazaların koşer ərzağı, açıq havada oturmaq, Wi-Fi təklifləri olub-olması göstərilir.

Bloq postdakı skrinşota görə, siyahıda qadın gender simvolu yer alacaq.

Google ötən il şirkətlərin gey, lezbian, biseksual və transgender fərdlərə dostyana yanaşmasını göstərən simvol da işə salıb.

Dünyaya informasiyanı bütün insanlar üçün inklüziv etməyə çalışırıq. Qadınlarla bağlı simvolu əlavə etməkdə məqsəd qadınların rəhbərlik etdiyi şirkətlərin onlayn uğur qazanmasına yol açmaq, insanların Google Maps və Search vasitəsiylə onları tapıb ziyarət etməsinə kömək göstərməkdir”, – Google-un sözçüsü Liz Davidoff email vasitəsiylə “Reuters” agentliyinə bildirib.

XS
SM
MD
LG