Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Qənimət Zahid xəstəxanaya aparıldı


Qənimət Zahid noyabrın 9-dan aclıq edirdi
Qənimət Zahid noyabrın 9-dan aclıq edirdi
16 gündür aclıq edən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin səhhəti noyabrın 24-də kəskin ağırlaşıb və o, təcili xəstəxanaya götürülüb.

Cənab Zahid aclıqda israr etsə də, hüquq-müdafiəçiləri və bir sıra siyasilərin müdaxiləsindən sonra xəstəxanaya apırılıb.


Hazırda baş redaktorun dilinin tutulduğu deyilir.


Qənimət Zahid noyabrın 9-dan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinin yerləşdiyi Xəqani-33 ünvanından çıxarılması tələbinə etiraz olaraq aclıq edirdi.



5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov «Azadlıq» radiosuna bildirib ki, reanimasiya şöbəsinə yerləşdirilən Qənimət Zahidovun vəziyyəti orta ağırdır. Qənimət Zahidovun bədəninə zülal yeridildiyindən o, avtomatik olaraq aclığı dayandırıb. Ziya Əsədov hesab edir ki, əgər hər hansı ciddi bir problem olmasa baş redaktor sabahdan reanimasiya şöbəsindən çıxarılacaq və 3-4 gündən sonra evə yola salınacaq.


XS
SM
MD
LG