Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:48

«ANS-in bağlanması media azadlığına ağır bir zərbədir»


Məmurlar ANS-in peyk antennasını sökürlər, 24 noyabr 2006
Məmurlar ANS-in peyk antennasını sökürlər, 24 noyabr 2006

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ANS teleradiosunun fəaliyyətinin dayandırılması ilə bağlı qərara münasibətini açıqlayıb.


Səfirliyin noyabrın 24-də yaydığı bəyanatında deyilir ki, ANS Televiziyası və Radiosunun yayım lisenziyasının davam etdirilməməsi xəbəri bizi çox məyus etmişdir: «Demokratiya məhz söz azadlığında və fikir müxtəlifliyində qərarlaşmış mütəhərrik ictimai müzakirələrdən asılıdır.


Azərbaycanın aparıcı müstəqil xəbər yayımçısının bağlanması media azadlığına ağır bir zərbədir. Bu qərar Azərbaycan hökumətinin demokratik inkişaf və söz azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri sual altına qoyur».


ABŞ səfirliyi bu qərara mediya azadlığını dəstəkləyən tərzdə yenidən baxılmasına çağırır.


XS
SM
MD
LG