Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:50

Putin antidopinq qaydalarında dəyişiklik istəyir


Vladimir Putin atletləri mükafatlandırma mərasimində
Vladimir Putin atletləri mükafatlandırma mərasimində

Rusiya prezidenti Vladimir Putin ölkə təmsilçilərinə beynəlxalq dopinq qaydalarında dəyişikliyə nail olmaq göstərişi verib. Məhz həmin qaydalar Rusiyanın 2015-ci ildən beynəlxalq idman tədbirlərindən kənar qalmasıyla sonuclanıb.

Dördüncü müddətə prezident seçiləndən sonra ilk sərəncamlarından birində Putin Xarici İşlər Nazirliyinə göstəriş verib ki, dünyada antidopinq fəaliyyətinin əsasında duran əsas sazişlərdə dəyişikliklərə çalışsın. Sərəncam martın 20-də imzalanıb.

Prezidentin fikrincə, UNESCO ilə işləyən rusiyalı diplomatlar mövcud İdmanda Dopinqə qarşı Beynəlxalq Konvensiyanı elə “cilalamalıdır” ki, “qaydalar ədalətli və tamamilə şəffaf olsun”.

*** Buna da bax: Rusiya idmanında dopinqlə bağlı film “Oscar” qazandı

UNESCO sazişi Ümumdünya Antidopinq Agentliyinin başçılıq etdiyi dopinq testi sisteminin əsasında durur. Məhz bu agentlik Rusiyanı onlarla idman yarışmasında dövlətin nəzarəti altında dopinq proqramı gerçəkləşdirməkdə suçlayıb.

“MÜALİCƏ MƏQSƏDİYLƏ İSTİFADƏ” QAYDASI

İttihamlar yüzlərlə rusiyalı atletin ötən yay və bu ilin qışında Olimpiya oyunlarına, eləcə də atletika və digər sahələrdə dünya çempionatlarına buraxılmamasıyla sonuclanıb.

Putin rusiyalı idmançıların dopinq qəbul etməsində dövlətin əli olmasıyla bağlı ittihamları rədd edir. O, martın 20-də paraolimpiya oyunlarından qayıdan atletlərin mükafatlandırılması mərasimində danışıb. Onlar yarışlarda “Neytla Paralmpiya Atletləri” adıyla çıxış ediblər.

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya komandası kimi iştirakı qadağan etmişdi.

*** Buna da bax: BOK: Xokkeyçilərin Rusiya himnini oxumasını “...anlayırıq”

Putin-in dəyişiklik istədiyi BMT sazişi 2005-ci ildə qəbul edilib, atletlərin xəbərdarlıqsız yoxlanmasına icazə verir.

Ölkələr hər iki ildən bir Parisdə keçirilən konfransda sazişə dəyişiklik təklif edə bilərlər. Sonuncu belə konfrans sentyabrda keçirilib.

Putin-sə hansı dəyişikliklər istədiyini açıqlamayıb. Ancaq indiyədək atletlərə qadağan olunmuş maddələrdən “terapevtik məqsədlə istifadə” icazəsi verən qaydanın sərtləşdirilməsinə tərəfdar olduğunu açıqlayıb. Putin deyir ki, digər ölkələrin atletləri bu istisnalardan sui-istifadə edirlər.

XS
SM
MD
LG