Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:57

Əli Həsənov yenə mühacirlərdən yazdı


Ə.Həsənov
Ə.Həsənov

«Biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq».

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində belə yazıb. Yazısını «Xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında ikinci status» adlandıran Ə.Həsənov vurğulayıb ki, öz siyasi mübarizəsini söyüş və təhqir üzərində quranlar tutduqları yolun istər özlərinə, istərsə də Azərbaycan cəmiyyətinə faydası olmadığını anlamalıdırlar.

Ə.Həsənov eyni mövzuda bir müddət əvvəl mühacirlərə yönəlik çağırışını yada salıb. O, bildirib ki, çağırışının məqsədi getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, qeyri-əxlaqi davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq olub. Ancaq o yazıb ki, həmin şəxslər polemika mədəniyyətlərinin olmadığını bir daha nümayiş etdiriblər.

Berlindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Beş-on nəfər...

Prezidentin köməkçisi sonra da yazıb: ​«Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrini mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, «trollar», «məqsədli təhqir» və s. bu kimi ifadələr ortaya atmaqla heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm».

Ə.Həsənov bildirib ki, bu fikri, əsasən, beş-on nəfərə ünvanlanıb: «Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir…».

Vaşinqtonda İlham Əliyev əleyhinə maskalı aksiya
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Xatırlatma

Prezidentin köməkçisi bir müddət öncə də Facebook səhifəsində oxşar statusla çıxış etmişdi. Həmin statusunda prezidentin köməkçisi bəzi mühacirlərə üz tutaraq yazırdı ki, «heç olmasa, aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz». O, prezident İlham Əliyevə opponentlik edənlərə öz mübarizələrini sərbəst formada Azərbaycanda aparmağa bütün şəraitin olduğunu da iddia etmişdi.

Ona cavab olaraq isə hazırda Avropada yaşayan bir sıra mühacirlər bildirmişdilər ki, Ə.Həsənov və onun təmsil olunduğu hakimiyyət təmsilçilərinin özləri sivil mübarizə metodlarından uzaqdırlar. Mühacirlər iddia edirlər ki, onlardan qisas almaq məqsədilə Azərbaycandakı qohumlarını incidirlər. İddialara görə, hətta qadınları, uşaqları belə polisə aparıb hədələməkdən çəkinmirlər.

Azərbaycanın hüquq-mühafizə orqanları isə bayan ediblər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə basqılarla üzləşmir və belə şikayətlərin heç bir əsası yoxdur.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində «diktatoru tanıdaq» adlı aksiyalar keçirirlər.

XS
SM
MD
LG