Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:05

Prezident: 'Turistlər Azərbaycana həm də tibbi xidmət almağa gələcəklər'


“Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir”.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev belə deyib. Ölkə başçısı martın 27-də Bakıda “Bona Dea” Beynəlxalq Hospitalın açılışında çıxış edib.

İlham Əliyev yüksək təminatlı xəstəxanaların açılışının Azərbaycanın ümumi inkişafının göstəricisi olduğunu vurğulayıb.

“Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq. Gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər”.

Prezident vurğulayıb ki, son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib.

“Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır”, deyən prezident iddia edib ki, səhiyyə sahəsində son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrü uzanır:

“Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir”, prezident deyib.

Xatırlatma

Ancaq ölkə mətbuatı yazır ki, hər il on minlərlə insan müalicə məqsədi ilə qonşu İran, Türkiyə və Gürcüstana üz tuturlar.

Belə insanlardan bəziləri Azadlıq Radiosuna deyiblər ki, Azərbaycanda tibbi xidmət həm baha, həm də daha az effektlidir.

XS
SM
MD
LG