Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:34

ATƏT Azərbaycanda medianın vəziyyətindən narahatdır


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti, 9 oktyabr 2006
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti, 9 oktyabr 2006
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miklos Haraşti prezident İlham Əliyevə Azərbaycanda media azadlığının pisləşməsindən narahatlıq ifadə edən məktub ünvanlayıb. Cənab Haraşti noyabrın 27-də prezident İlham Əliyevə göndərdiyi məktubda yazır: «Oktyabrda mən Sizin rəsmiləri təhqir etdiyi üçün həbs cəzası çəkən redaktorları əfv etmək barədə qərarınızı alqışladım. Təəssüf ki, son proseslər yenidən media plüralizmi və fikri ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırır. Mən Sizdən müstəqil media sahəsində vəziyyətin pisləşməsini dayandırmaq üçün əlinizdən gələni etməyi xahiş edirəm».

ANS teleşirkətinin bağlanması məsələsinə münasibət bildirən ATƏT nümayəndəsi yazır: «ANS-in susdurulması Azərbaycan auditoriyası üçün müstəqil informasiya itkisidir.


«ANS və «Azadlıq» qəzetinə qarşı yeni tədbirlər vəziyyətin yaxşılaşmasına xidmət etmir. Gərginliyin yumşaldılması naminə vacibdir ki, Siz mənfi inkişaf tendensiyasının qarşısını almağa kömək edəsiniz»
Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu qəfil qərarı qurumun inzibati səlahiyyətlərindən açıq sui-istifadə etməsinin göstəricisidir. Televiziya kanalını bağlamaqdansa yaxşı olardı ki, MTRŞ inzibati sənədləşdirmə prosedurları başa çatana qədər ANS-in yayımının dayandırmayaydı və bununla da informasiya müxtəlifliyini təmin edəydi».

Cənab Haraşti «Azadlıq» və bir sıra KİV-lərin yerləşdikləri ofisdən çıxarılmasını müstəqil mətbuata qarşı diskriminasiya adlandırır: «Ən böyük qəzetlərin hələ də dövlətin nəzarətində olduğu bir ölkədə hökumət mətbuatda plüralizmin qorunmasına kömək üçün xüsusi tədbirlər işləyib hazırlamalı, hakimiyyətə yaxın KİV-lərə yaradılan şəraiti müstəqil mediaya da şamil etməlidir».


Məktubda həmçinin Miklos Haraştinin yazıçı Rafiq Tağı və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun işini izlədiyi qeyd olunur.


Məktubun sonunda cənab Haraşti medianın vəziyyətinə etiraz olaraq bəzi redaktorlar və jurnalistlərin keçirdiyi aclıq aksiyasına da toxunulur: «ANS və «Azadlıq» qəzetinə qarşı yeni tədbirlər vəziyyətin yaxşılaşmasına xidmət etmir. Gərginliyin yumşaldılması naminə vacibdir ki, Siz mənfi inkişaf tendensiyasının qarşısını almağa kömək edəsiniz. Azərbaycanın azad informasiyanın axını, media plüralizmi və ifadə azadlığına dair ATƏT qarşısında götürdüyü öhdəliklər bunu tələb edir».


XS
SM
MD
LG