Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:34

Üztanımaya görə Facebook “qrup şəklində məhkəməyə verilməlidir”


Facebook rəhbəri Mark Zuckerberg ötən həftə Konqresdə ifadə verməzdən öncə Kapitoli qarşısında düzənlənən etiraz aksiyası
Facebook rəhbəri Mark Zuckerberg ötən həftə Konqresdə ifadə verməzdən öncə Kapitoli qarşısında düzənlənən etiraz aksiyası

Facebook Inc şirkətinin istifadəçinin razılığı olmadan üztanıma prosesindən istifadəsinə görə sosial şəbəkəni qrup şəklində məhkəməyə vermək lazımdır. “Reuters”in yazdığına görə, bu qərarı dünən – aprelin 16-da ABŞ-da federal hakim çıxarıb.

Bu qərar son həftələr sosial şəbəkə ətrafında gedən gizlilik qalmaqalını daha da qızışdırmış olur. Bir neçə həftə öncə yayılan informasiyaya görə, Cambridge Analytica siyasi konsultasiya şirkəti milyonlarla istifadəçinin şəxsi informasiyasını ələ keçirib.

***Buna da bax: Facebook videolarda sizi tanıyacaq

FACEBOOK ÖZÜNÜ MÜDAFİƏ EDƏCƏYİNİ DEYİR

San Fransisko federal məhkəməsində dairə hakimi James Donato-nun çıxardığı qərarda deyilir ki, üztanıma prosesi üzrə qalmaqalı yoluna qoymağın ən səmərəli yolu məhkəməyə qrup şəklində müraciət etməkdir.

Facebook bu qərarı hələ nəzərdən keçirdiyini bildirib. “Bu işi əsassız sayırıq və özümüzü qətiyyətlə müdafiə edəcəyik”, – şirkətin bəyanatında deyilir.

Agentlik iddiaçıların vəkilləri ilə əlaqə yarada bilməyib.

Facebook istifadəçilərinin 2015-ci ildə qaldırdığı məhkəmə iddiasında biometrik informasiyanın gizliliyi barədə İllinoys ştatı qanunun pozulduğu iddia olunur.

***Buna da bax: Zuckerberg: İnternetin tənzimlənməsi “qaçılmazdır”

Qrup şəklində iddianı da İllinoys ştatındakı Facebook istifadəçiləri qaldırmalıdır. Donato-nun qərarında deyilir ki, Facebook 2011-ci il iyunun 7-dən bəri həmin istifadəçilərin üz alqoritmlərini yaradıb və saxlayıb. Həmin tarixdə Facebook “Tag Suggestions” (İşarələmə təklifləri) funksiyasını işə salıb. Bu xüsusiyyət Facebook istifadəçisi fotosunu yükləyən kimi digərlərinin onu tapıb “işarələməsinə” imkan yaradır.

Di gəl, ABŞ məhkəmə sistemində hansısa iddia üzrə mümkün həllə nail olunmasında əsas əngəllərdən biri qrupun tanınması, onun təsdiqlənməsidir.

XS
SM
MD
LG