Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:14

Zarif: Yaxın Şərqdə nə İran, nə də Səudiyyə ağalıq edə bilər


Mohammad Javad Zarif, arxiv fotosu
Mohammad Javad Zarif, arxiv fotosu

İranın xarici işlər naziri deyir ki, nə İran, nə də Səudiyyə Ərəbistanı Yaxın Şərqdə dominant ölkəyə çevrilə bilər. Mohammad Javad Zarif Fars Körfəzi regionundakı ölkələri bir-biriylə danışmağa başlamağa çağırıb.

Regionda ən güclüyə çevrilməkdən, bir-birini regiondan çıxarmaqdan ötrü bölgənin axırına çıxmışıq”, – nazir aprelin 23-də Nyu Yorkdakı Xarici Əlaqələr Şurasında deyib.

“HEGEMON TƏSİR ERASI ÇOXDAN BİTİB”

Zarif-in sözlərinə görə, “dəyişikliyə güclü ehtiyac” var və “İran buna hazırdır, çünki biz bu reallığı dəyərləndirmək üçün yetərincə böyümüşük, yaşlaşmışıq”.

***Buna da bax: Rohani: ‘İran ona lazım olan silahları düzəldəcək və alacaq’

Heç birimiz regionda yeni hegemona çevrilə bilmərik. Hegemon təsir erası çoxdan keçib. Nə İran, nə də Səudiyyə Ərəbistanı regiona ağalıq edə bilər. Fakt budur”, – nazir vurğulayıb.

Zarif yeni “regional dialoq forumu”na səsləyib, bu foruma İran, İraq və Yəmənlə yanaşı beş Körfəz Əməkdaşlıq Şurası üzvünü də salmağı təklif edib. Onun fikrincə, belə bir dialoqun Yaxın Şərqi dəyişmək potensialı var.

Zarifdən iki həftə öncə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammad bin Salman Vaşinqton və Nyu Yorkda olub. Səudiyyə İranın regiondakı ən böyük rəqibidir.

Qonşularımız, xüsusilə də Səudiyyə Ərəbistanı belə bir təəssürat yaratmaq istəyirlər ki, biz onlara təhdid edirik”, – Zarif deyib.

Salman-ın Birləşmiş Ştatlara səfəri zamanı Donald Trump administrasiya ilə Səudiyyəyə 1,3 milyard dollarlıq artilleriya satışı barədə sənəd imzalayıb. Zarif deyib ki, digər Körfəz ölkələri hazırda “daha çox silah almaqdan ötrü bir-biriylə yarışa girirlər”.

“TƏHLÜKƏSİZLİK SATIN ALINA BİLMƏZ”

Ancaq onun sözlərincə, “təhlükəsizlik satın alına bilməz”, bunun üçün “regionda anlaşma gərəkdir”.

Zarif deyir ki, region “dialoq defisiti”ndən əziyyət çəkir və ona görə də “regional dialoq forum” təklif edir.

***Buna da bax: Ərəb Liqası sammitində İranı pisləyiblər

Zarif-in fikrincə, foruma Bəhreyn, İran, İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ehtimal ki Yəmən daxil olmalıdır.

Nazir həmin foruma qoşulmaqdan ötrü ölkələrin bir sıra prinsiplərə razılaşmalı olduğunu deyib: sərhədlərin toxunulmazlığı, suverenliyə və ərazi bütövlüyünə sayqı, bir-birinin daxili işlərinə müdaxilə etməmək.

Zarif deyir ki, regionda “dialoq defisiti”ndən başqa, “inam defisiti” də var.

O, Fars Körfəzi ölkələrinin etimad yaratma tədbirləri üzərində də işləməli olduğunu vurğulayıb.

XS
SM
MD
LG