Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Daşnaksutyun parlamenti ‘vahid namizəd’ ətrafında birləşməyə çağırır


Daşnaksutyun partiyasının liderləri (Foto arxivdəndir)
Daşnaksutyun partiyasının liderləri (Foto arxivdəndir)

Ermənistan hökumət koalisiyasının keçmiş üzvü olan siyasi partiya müxalifəti mayın 1-ə təyin edilmiş səsvermə ərəfəsində “vahid namizədin” ətrafında birləşməyə çağırıb.

Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) partiyası bu bəyanatı aprelin 27-də, hakim koalisiyanı tərk etdikdən iki sonra verib. Küçə etirazçıları hakim Respublikaçı Partiyanın hakimiyyətdən tamamiləgetməsi tələbləri səsləndirirlər.

Daşnaksutyun Partiyasından olan bir neçə millət vəkili müxalifət lideri Nikol Paşinyana rəsmən dəstək veriblər.

Daşnaksutyun Partiyası aprelin 27-də verdiyi bəyanatda “Xalq Hərəkatı nəticəsində yaranmış situasiyadan Konstitusiya və qanunların çərçivəsində çıxılmasını” təklif edir.

Partiya bütün parlament fraksiyalarını “xalqın etimad göstərdiyi vahid namizəd” ətrafında birləşməyə çağırır.

Bəyanatda konkret olaraq Nikol Paşinyanın namizədliyi irəli sürülmür. Paşinyanın özü bəyan edib ki, o hazırkı vəziyyətdə baş nazirliyə yeganə legitim namizəddir.

Paşinyanın Yolk fraksiyası 105 yerlik parlamentdə yalnız 9 mandata malikdir. Daşnaksutyunun 7 millət vəkili var. Tsarukyan Alyansı parlamentin ikinci böyük fraksiyası kimi 31 mandata sahibdir.

Beləliklə də müxalif fraksiyaların hamısının Paşinyanı dəstəklədiyi halda belə, ona hakim Respublikaçı Partiyadan 6 səs lazım gələcək.

***

Karapetian görüşə gəlmədi, Pashinian etirazları bərpa edir

Ermənistanın müxalifət lideri Nikol Pashinian antihökumət etirazlarını bərpa edəcəyini deyir. Səbəb baş nazir vəzifəsini icra edən Karen Karapetian-ın onunla görüşdən imtina etməsidir.

Pashinian mayın 1-də böyük nümayiş çağırıb. Həmin gün parlament yeni baş nazir seçməlidir.

Karapetian-la görüşdə bircə məsələsinin – hakimiyyətin dinc transferinin müzakirə olunacağı bildirilirdi və Pashinian təkid edirdi ki, görüş medianın iştirakıyla keçirilsin, canlı yayımlansın.

Ancaq Karapetian-ın sözçüsü deyib ki, “baş nazir vəzifəsini icra edən ancaq bir nəfərin gündəmini diktə etdiyi, digərinin bunu edə bilmədiyi danışıqların danışıq olmamasına inanır”.

Bundan başqa, Karen Karapetian hələ də inanır ki, media qarşısında danışıq aparmaq məqsədin nəticə əldə etmək olmadığını göstərir”, – sözçü Aram Araratian Facebook-da yazıb.

Karapetian Marriott otelinə gəlməyincə, Pashinian mediaya deyib ki, müxalifət nümayişləri davam etdirəcək: “Mayın 1-də – yeni baş nazir seçilən gün yüzminlərlə adam küçələrə çıxacaq”.

Pashinian onu da deyib ki, erkən seçki tərəfdarıdır, ancaq bir şərtlə ki, seçki azad və demokratik keçirilsin.

Erkən seçkiyə razıyıq, ancaq seçkinin həqiqətən azad və şəffaf, demokratik keçiriləcəyinə təminat almalıyıq, əks halda, heç bir mənası olmayacaq. Əksinə, seçki siyasi böhranı daha da dərinləşdirəcək. Siyasi böhranı həll etməliyik, onu dərinləşdirməli deyilik”, – Pashinian deyib.

***

Ermənistanın müxalifət lideri Nikol Pashinian hakim Respublikaçı Partiyasına (HHK) hər hansı güzəştə gedilməyəcəyini bəyan edib. O, baş nazir postuna yeganə qanuni namizəd olduğunu iddia edib. Pashinian ölkə prezidenti Armen Sarkisian-la görüşərək mövcud siyasi böhrandan çıxış yollarını müzakirə etdiyini deyir.

Serzh Sarkisian aprelin 23-də istefa verib və gələn həftə – mayın 1-də ölkənin yeni baş nazirinin seçiləcəyi bildirilib. ƏTRAFLI

Bu gün – aprelin 27-də Pashinian baş nazir vəzifəsini icra edən Karen Karapetian-ı Yerevanın Marriott otelində günortaya görüşə dəvət edib.

Ermənistanın əsas müttəfiqi və iqtisadi tərəfdaşı olan Rusiya isə böhranın çevik həllinə çağırıb.

PARLAMENT SEÇKİSİNİN NƏTİCƏSİNƏ UYĞUN

Prezident Armen Sarkisian AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində deyib ki, heç bir namizədi dəstəkləmir, ancaq son hərəkətlər ölkənin “nəhəng baxışlar spektri”nin olduğu “yeni Ermənistan” yolunda olduğunu göstərir.

Ermənistan İnqilab Federasiyası, Dashnaktsutyun hakim koalisiyadan çıxdıqdan sonra bir neçə deputatı Pashinian-a və küçə etirazlarına dəstək ifadə edib. Dashnaktsutyun-dan üç nazir və iki region qubernatoru aprelin 26-da istefa verib.

Rusiya duruma müdaxilə etməyəcəyini bildirib. Ancaq Kremlin aprelin 26-da yaydığı bəyanatda bildirilir ki, prezident Vladimir Putin Karapetian-a telefon zəngində siyasi böhranın ötən ilki parlament seçkisinin nəticəsini əks etdirəcək şəkildə həllinə çağırıb.

Ermənistandakı böhranın yalnız hüquqi müstəvidə, mövcud konstitusiya çərçivəsində, 2017-ci ilin aprelindəki parlament seçkilərinin nəticələri əsasında həllini tapmalı olduğu vurğulanıb”, – Kreml bildirib.

Bəyanata görə, Putin parlamentdə mayın 1-nə təyin olunmuş baş nazir seçkisinin vacibliyini də vurğulayıb.

“DEMOKRATİK PROSESƏ DOĞRU”

HHK-dan iki aparıcı rəsmi – xarici işlər nazirinin vəzifəsini icra edən Edward Nalbandian və baş nazirin müavini vəzifəsini icra edən Armen Gevorgian daha öncə Moskvada görüşlər keçiriblər. Rusiyanın Xarici İşlər Nazirliyi Nalbandian-ın rusiyalı həmkarı Sergei Lavrov-la görüşdüyünü açıqlayıb.

Armen Sarkisian isə AzadlıqRadiosu-na müsahibəsində deyib ki, “bu müzakirənin nəticəsi... parlamentdə yeni baş nazirin, daha sonra yeni hökumətin seçilməsiylə həllini tapacaq. Parlament yaxın gələcəkdə yeni seçki keçirilməsinə də səs verə bilər”.

***Buna da bax: Rusiyalı ekspert: ‘Moskva Ermənistanı elə-belə buraxan deyil’

Ermənistanda baş verənlər... demokratik prosesə doğru getdiyimizi göstərir”, – Sarkisian deyib.

Bunu düzgün idarə etsək, nümayişlərdə qaldırılan bütün problemlər konstitusiyaya uyğun və parlament daxilində həllini tapacaq. O zaman hamımız fəxrlə deyə bilərik ki, Ermənistanı əsl demokratik ölkəyə çevirmək yolundayıq”, – prezident sözlərinə əlavə edib.

Son etirazlara Serzh Sarkisian-ın 10 il prezident postunda qalandan sonra baş nazirliyə keçməsi səbəb olub. Üstəlik, son konstitusiya dəyişiklikləri ilə prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, baş nazirinki gücləndirili

XS
SM
MD
LG